Bayden getməmiş aranı qarışdırdı | Ukraynadakı müharibəni Tramp bitirə bilərmi?
“Bayden hakimiyyətdən getməmiş fitili çəkib ortaya atdı. Düşünürlər ki, bu, çox şeyi dəyişəcək və Rusiya-Ukrayna müahribəsi daha da alovlanacaq”.
Bu fikirləri Baku TV-nin department rəhbəri, jurnalist Turan İbrahimov ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin Ukrayna ordusuna uzaqmənzilli raketlərlə Rusiya ərazisinə zərbələr endirməyə icazə verməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, buna inananlar reallıqdan uzaqdırlar, cəbhədə heç bir halda vəziyyəti dəyişmək mümkün deyil: “Dünya mediasında ekspertlər vurğulayırlar ki, əvvəl-axır bir razılığa gəlinəcək və bütün itkilərə baxmayaraq, Rusiya bir çox üstünlüklər qazanacaq”.
Jurnalist əlavə edib ki, Almaniya Kansleri Olaf Şoltsun Rusiya Prezidenti Vladimir Putinə zəngi Donald Tramp hakimiyyətə qayıdana qədər Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir şey etmək təşəbbüsü göstərmək cəhdi idi.