Bayden və İordaniya kralı İran və İsrail münaqişəsini müzakirə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İsraili müdafiə etməyə hazırdır. Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalantı Vaşinqtonun İsraili müdafiə etməyə hazır olduğuna əmin edib.
Bu barədə ABŞ-nin Müdafiə Nazirliyi məlumat yayıb.
Pentaqon rəhbəri bildirib ki, ABŞ eskalasiyaya can atmasa, Vaşinqton İsraili və Amerika personalını qorumaq üçün bütün lazımi tədbirləri görməyə davam edir.
Bu arada, ABŞ lideri Co Bayden İordaniya kralı II Abdullahla İranın İsrailə hücumunu müzakirə edib. C.Bayden İordaniya və onun əhalisi üçün də təhlükə yaradan İranın hücumunu pisləyib. Liderlər vəziyyəti izləməyə davam etdiklərini və yaxın günlərdə əlaqə saxlayacaqlarını vurğulayıblar.
ABŞ və İordaniya liderləri Qəzza zolağındakı vəziyyətə də toxunaraq Fələstin anklavına çatdırılan humanitar yardımın həcmini artırmaq niyyətlərini təsdiqləyiblər.
#ABŞ teqi istifadə olunub
- Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır
- Trampdan İrana yeni zərbə mesajı
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
