Bəhreyndə dəniz əməliyyatları mərkəzinin binası vuruldu
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanında iki İran ballistik raketini zərərsizləşdirib.
Bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Şahzadə Sultan" aviabazasına zərbə endirmək üçün nəzərdə tutulan iki ballistik raket məhv edilib.
Xəbərdə zərərsizləşdirilən raketlərin dəqiq yeri göstərilməyib. Bundan başqa, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri İranın Şeyba neft yatağına doğru atdığı dörd pilotsuz təyyarəni də məhv edib.
Nazirliyin məlumatına görə, pilotsuz təyyarələr dünyanın ən böyük neft yataqlarından birinə yaxınlaşarkən Rub əl-Xali səhrasında tutulub və məhv edilib. İordaniya səmasında da İran dronu məhv edilib. "Al Jazeera"nın məlumatına görə, dörd ədəd İran PUA-sı İrbid şəhəri üzərində vurulub. Küveytin Hava Hücumundan Müdafiə Sistemləri də son 24 saat ərzində Əmirliyə İrandan atılan 12 döyüş dronu və 14 raketi məhv edib. Bu barədə Küveytin Müdafiə Nazirliyi bəyanat yayıb.
İranın Bəhreyndə Körfəz Əməkdaşlıq Şurasının birgə dəniz əməliyyatları mərkəzi ilə bağlı binaya hücum etdiyi də bildirilir. Bu barədə Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casem əl-Budeyvi məlumat verib.
Onun sözlərinə görə, hücuma məruz qalan binada Şuranın birgə dəniz əməliyyatları mərkəzində xidmət edən Qətər Hərbi Dəniz Qüvvələrinin zabitləri yerləşib. Baş katib bu hücumu bütün beynəlxalq qanun və normaları pozan düşmən aktı kimi qiymətləndirib. O, hücum nəticəsində Qətər Hərbi Dəniz Qüvvələrinin zabitləri arasında xəsarət alanların olub-olmaması barədə məlumat verməyib.
#Səudiyyə Ərəbistanı teqi istifadə olunub
- "Saudi Aramco" və hava limanları vuruldu
- Səudiyyə Ərəbistanının enerji və nəqliyyat infrastrukturuna qarşı hücum - Baku TV CANLI
- "Təcili tədbirlər görüləcək" | Misir Səudiyyə Ərəbistanını niyə müdafiə etmək istəyir? - Baku TV
- Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcılarını yerləşdirəcək
- Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb
