Pleyeri seçin:
Bəşər Əsədin qərargahlarından biri məhv edildi | İsrail Ordusundan açıqlama
İsrail Müdafiə Ordusu Suriyada keçmiş prezident Bəşər Əsədin qərargah kimi istifadə etdiyi hərbi mövqeyə reyd keçirib və oradakı zirehli texnikaları məhv edib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Yararsız hala düşmüş tanklar, zirehli transportyorlar və artilleriya aşkarlanaraq məhv edilib", - məlumatda bildirilir.
Bundan əlavə, İsrail hərbçiləri əlavə silahlar, o cümlədən minaatan və onlarla raket tapıb götürüblər.
Qeyd olunur ki, İsrail ordusu ölkəyə və xüsusən də Colan təpələrinin sakinlərinə qarşı təhdidləri aradan qaldırmaq üçün Suriyada əməliyyatları davam etdirir.
Kopyalandı
