Pleyeri seçin:

Suriyada İŞİD-ə qarşı əməliyyat başlayıb

15 dekabr 2025 363 baxış

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Palmirada Suriya-ABŞ patruluna edilən hücuma cavab olaraq Homs əyalətinin və ölkə səhrasının bir neçə ərazisində İŞİD terror qruplaşmasına qarşı əməliyyata başlayıb.

Təhlükəsizlik qüvvələrinin sözçüsü Əli əs-Sufi bildirib ki, əməliyyat Suriyanın şərq və cənub-şərq hissələrindəki səhrada gizlənən İŞİD ilə əlaqəli yaraqlılara qarşı yönəlib.

Məlumata görə, ABŞ-nin rəhbərlik etdiyi koalisiya atışma hadisəsindən sonra Palmira və onun ətrafında həbs kampaniyası aparır.

Qeyd edək ki, dekabrın 13-də silahlı şəxs Suriya-ABŞ patruluna atəş açaraq ABŞ Ordusunun iki üzvünü və bir amerikalı mülki tərcüməçini öldürüb. Onların meyitləri ABŞ helikopterləri vasitəsilə sərhəd bölgəsi Ət-Tanfdakı Qərb koalisiyasının hərbi bazasına aparılıb.

Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edən şəxs təhlükəsizlik qüvvələrinin üzvü olub, lakin komandanlıq vəzifəsi tutmayıb. O, atışma zamanı zərərsizləşdirilib. Hakimiyyət orqanları onun İŞİD ilə əlaqəsi olub-olmadığını və ya sadəcə terrorçuların ideologiyasına sadiq qalıb-qalmadığını araşdırır.

ABŞ Prezidenti Donald Tramp Palmira şəhəri yaxınlığında iki amerikalı hərbçi və bir tərcüməçinin qətlinə görə İŞİD silahlılarını cavab tədbirləri ilə hədələyib.

"ABŞ-nin Suriyadakı üç böyük vətənpərvərinin həlak olmasına üzüldük. Bununla yanaşı, yaralanan 3 hərbçinin həyatda qalması üçün dua edirik. Son məlumata görə, onların vəziyyəti qənaətbəxşdir", – deyə Tramp bildirib.

O əlavə edib ki, İŞİD-in ABŞ və Suriyaya qarşı hücumu ölkənin təhlükəli hissəsində gerçəkləşdirilib. Çünki həmin ərazinin bir hissəsi terrorçuların nəzarətindədir.

"Suriya Prezidenti Əhməd əl-Şaraa bu hücuma görə hiddətlənib və narahatdır. Bunun ciddi qisası olacaq", – deyə ABŞ lideri bildirib.

Ceyms Devid Vensdən İranla danışıqlar barədə açıqlama

Ceyms Devid Vensdən İranla danışıqlar barədə açıqlama

Dünya
09 avqust 2026 363 baxış
Siciliya sahillərində qədim gəmi aşkar edilib

Siciliya sahillərində qədim gəmi aşkar edilib

Dünya
09 avqust 2026 363 baxış
Bir polis ölüb, bir neçə nəfər yaralanıb

Bir polis ölüb, bir neçə nəfər yaralanıb

Dünya
09 avqust 2026 363 baxış
Tutanxamonun xəncəri kosmik mənşəli metaldan hazırlanıb

Tutanxamonun xəncəri kosmik mənşəli metaldan hazırlanıb

Dünya
09 avqust 2026 363 baxış
Partlayan PUA Kiyev və Sofiyanı üz-üzə qoydu - Baku TV CANLI

Partlayan PUA Kiyev və Sofiyanı üz-üzə qoydu - Baku TV CANLI

Dünya
09 avqust 2026 363 baxış
Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV

Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV

Dünya
09 avqust 2026 363 baxış
Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV CANLI

Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV CANLI

Dünya
09 avqust 2026 363 baxış
Yəmən ordusunun hökumət qüvvələri husilərə qarşı yeni hərbi əməliyyat həyata keçirib - Baku TV

Yəmən ordusunun hökumət qüvvələri husilərə qarşı yeni hərbi əməliyyat həyata keçirib - Baku TV

Dünya
09 avqust 2026 363 baxış
Pezeşkian ölkədə iqtisadi vəziyyətin onu ciddi şəkildə narahat etdiyini açıqladı - Baku TV

Pezeşkian ölkədə iqtisadi vəziyyətin onu ciddi şəkildə narahat etdiyini açıqladı - Baku TV

Dünya
09 avqust 2026 363 baxış
Keçmiş deputat sifarişli qətl ittihamı ilə saxlanıldı - Baku TV CANLI

Keçmiş deputat sifarişli qətl ittihamı ilə saxlanıldı - Baku TV CANLI

Dünya
09 avqust 2026 363 baxış
Seçilmişlər
icon