Birlikdə elə işlər görəcəyik ki... | Trampdan Yaxın Şərqlə bağlı vacib mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Türkiyədəki səfiri Tom Barakı eyni zamanda Suriyaya dair xüsusi nümayəndə vəzifəsinə təyin edib.
Bu barədə Tramp şəxsi açıqlamasında məlumat verib.
“Sevinc hissi ilə bildirirəm ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barak bundan sonra Suriya istiqamətinə də cavabdeh olacaq və prezident administrasiyasının xüsusi nümayəndəsi kimi fəaliyyət göstərəcək”, – deyə Tramp bəyan edib.
ABŞ lideri Barakın Suriya ilə münasibətlərin qurulmasının əhəmiyyətini dərindən dərk etdiyini və Yaxın Şərqdə sülhün bərpası üçün böyük potensiala inandığını qeyd edib. Tramp çıxışında həmçinin vurğulayıb: “Birlikdə Amerikamızı və bütün dünyanı yenidən təhlükəsiz edəcəyik.”
Yeni təyinat fonunda ABŞ-nin Suriyaya qarşı tətbiq etdiyi bəzi sanksiyaların artıq qismən ləğv edildiyi də bildirilir. ABŞ səfiri Tom Barak isə qeyd edib ki, ABŞ, Türkiyə və Körfəz ölkələri “yeni Suriya ilə çiyin-çiyinə” dayanmağa hazırdır.
#ABŞ teqi istifadə olunub
- ABŞ Prezidentindən gözlənilməz qərar | Yaxın Şərqdə ara yenidən qarışır? - Baku TV CANLI
- Sazişin adada iki yeni hərbi baza yaratmağa imkan verdiyi bildirilir
- Avropa bu razılaşmaya nə deyəcək? | “Hazırkı real vəziyyət göstərir ki...” - Baku TV
- 22 aylıq plan | İran uzunmüddətli müharibəyə nə dərəcədə hazırdır? - Baku TV
- Vaşinqton Tehranla razılaşacaq, yoxsa hərbi təzyiqi artıracaq? - Baku TV
