Blinkenlə İsrail müdafiə naziri arasında vacib görüş | Nələr müzakirə edildi?
“ABŞ İrana gözlənilən hücumdan sonra İsraili dəstəkləməlidir”.
Bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə görüş zamanı deyib.
Nazir Qalant İranın təcavüzünə və onun Yaxın Şərqə səpələnmiş şəbəkəsi vasitəsilə həyata keçirdiyi terror fəaliyyətləri ilə bağlı müzakirə zamanı İsrailin İrana hücumundan sonra ABŞ-nin İsrailin yanında olmasının vacibliyini vurğulayıb.
“Bu, regionun müdafiəsini gücləndirəcək və şər qüvvələrini zəiflədəcək”, – deyə müdafiə nazirinin görüşündən sonra verdiyi açıqlamada deyilir.
Yoav Qalant və Entoni Blinken Livan və Qəzza zolağındakı vəziyyəti də müzakirə ediblər. Qalant İsrail Ordusunun müxtəlif istiqamətlərdə əməliyyat uğurlarından danışaraq Qəzzada saxlanılan girovların qaytarılmasının və “Hizbullah” qüvvələrinin Livanın cənubundan çıxarılmasının vacibliyini vurğulayıb.