Pleyeri seçin:

BMT dünya üzrə aclıq statistikasını açıqladı

12 iyul 2023 403 baxış

Birləşmiş Millətlər Təşkilatı 2023-cü il üzrə aclıq hesabatını təqdim edib.

Sənədə görə, qlobal yaşayış səviyyəsi hazırkı sürətlə davam edərsə, 2030-cu ilin sonuna kimi 575 milyon insan hələ də ifrat yoxsulluq içində yaşayacaq. Bundan başqa, 84 milyon uşaq təhsildən kənarda qalacaq. Eyni zamanda 2015-ci ildə dünya liderləri tərəfindən 7 milyarddan çox insanın həyatının yaxşılaşdırılması məqsədilə qəbul edilən geniş əsaslı hədəfdən yalnız 15%-nə nail olunacaq.

Qeyd edək ki, 2030-cu ilə qədər həyata keçirilməsi nəzərdə tutulan hədəflərə aclığa son qoyulması, hər bir uşağın keyfiyyətli ibtidai və orta təhsillə təmin edilməsi, gender bərabərliyinə nail olmaq, bütün insanların təmiz içməli su ilə təmin edilməsi və s. kimi məsələlər daxildir.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanın sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi, iqlim dəyişikliyi COVID-19 pandemiyasının təsirləri kimi problemlər qurumun hədəflərinə çatmasında çətinlik yaradır.

Təşkilatın Baş katibi Antonio Quterreş isə bildirib ki, bu sahədə heç bir inkişafa nail ola bilməmək dünyada hökm sürən bərabərsizliklərin daha da dərinləşməsinə səbəb olacaq və dünyanın iki hissəyə parçalanma riskini bir az da artıracaq.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 403 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 403 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 403 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 403 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 403 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 403 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 403 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 403 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 403 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 403 baxış
Seçilmişlər
icon