BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəziyyətin ağırlaşdığını bildirir
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Yəməndə husilərlə hökumət qüvvələri arasında şiddətlənən toqquşmalar nəticəsində köçkünlərin sayının təxminən 230 min nəfərə çata biləcəyi barədə xəbərdarlıq edib.
Ali Komissarlığın sözçüsü Babar Baluşun sözlərinə görə, qarşıdakı üç ay ərzində Yəməndə vəziyyət sabitləşməsə, daxili köçkünlərin, o cümlədən Cibuti, Somali və başqa qonşu ölkələrə sığınmış yəmənli qaçqınların sayının artacağı gözlənilir.
Bununla yanaşı, qeyd olunub ki, təxminən 3 min nəfər yəmənli qayıqlarla Afrikadakı qonşu ölkələrə sığınıb. Bu rəqəm qarşıdakı ay ərzində artaraq 10 minə çata bilər.
Eyni zamanda, qaçqın və köçkünlərə təcili humanitar yardımların çatdırılmasının təmin edilməsinə çağırış olunub.
Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Yəmənlə bağlı təcili yardım planı 20 faiz maliyyələşdirilib.
#Yəmən teqi istifadə olunub
- Husilərdən Türkiyə və Pakistana xəbərdarlıq
- Yəməndə vəziyyət gərgin olaraq qalır | Böhran hərbi meydandan iqtisadi sferaya keçir - ANA XƏBƏR
- Ər-Riyadın mümkün cavabı regionda qarşıdurmanı daha da dərinləşdirə bilər
- Yəməndə yeni gərginlik mərhələsi başlayıb | Bölgədə yeni humanitar böhran hökm sürür - Baku TV CANLI
- Yəməndə husilərlə hökumət qüvvələri arasında döyüşlər yenidən şiddətlənib - Baku TV CANLI
