Ər-Riyadın mümkün cavabı regionda qarşıdurmanı daha da dərinləşdirə bilər
Yəmənin "Ənsar Allah" hərəkatı Səudiyyə Ərəbistanının Xamis-Müşeyt, Əbha və Cizan şəhərlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum edib.
Bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının rəsmi nümayəndəsi, briqada generalı Türki əl-Maliki məlumat yayıb.
"Husi terror qruplaşması bu gün Xamis-Müşeyt, Əbha və Cizan şəhərlərinə ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar həyata keçirib", – deyə əl-Maliki bildirib. Koalisiya nümayəndəsi birgə komandanlığın bu hücumlara "məsuliyyətli şəkildə cavab verəcəyini" vurğulayıb.
Hücumların mümkün nəticələri və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, son günlərdə Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələri, qruplaşmanın hökumət mövqelərinə doğru irəliləməyə cəhd etməsindən sonra Husilərin nəzarətində olan ərazilərə çoxistiqamətli hücuma başlayıb. Hökumət Husilərin nəzarətində olan bütün əraziləri geri almağı hədəflədiyini bildirir.
#Yəmən teqi istifadə olunub
- "Saudi Aramco" və hava limanları vuruldu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Səudiyyə Ərəbistanının aviasiyası tərəfindən Yəmənə hücumlar həyata keçirilib - Baku TV CANLI
- ABŞ bölgəyə əlavə hərbi qüvvələr göndərir | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
- Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurma yenidən şiddətlənib - Baku TV CANLI
