Türkiyə və Ermənistan liderləri Nyu-Yorkda görüşdü - Baku TV
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda yerləşən “Türk Evi”ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.
Görüşdə Türkiyə-Ermənistan münasibətləri ilə yanaşı, regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə Ermənistan arasında ticarət və nəqliyyat sahələrində normallaşma prosesini dəstəklədiyini bildirib, münasibətlərdə əldə olunan müsbət dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti Azərbaycanla Ermənistan arasında sülh prosesində qarşılıqlı addımların atılmasını məmnuniyyətlə qarşıladıqlarını qeyd edib.
Ərdoğan həmçinin Ermənistanla beynəlxalq təşkilatlar çərçivəsində inkişaf edən əməkdaşlığın normallaşma prosesinə töhfə verdiyini bildirib və Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ankara və Bağdad arasında təhlükəsizlik və əməkdaşlıq mövzuları müzakirə edilib
- Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV
- Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV
- Ərdoğan İlham Əliyevin yürütdüyü siyasəti hansı kontekstdə vurğuladı? - Baku TV
