Pleyeri seçin:

BMT Təhlükəsizlik Şurasına sədrlik Böyük Britaniyaya keçib

03 fevral 2026 551 baxış

BMT Təhlükəsizlik Şurasına fevralda Böyük Britaniya sədrlik edəcək.

Ölkənin BMT yanında daimi nümayəndəsi, səfir Ceyms Kariuki Şuranın aylıq iş proqramı və Londonun prioritetləri ilə bağlı brifinq keçirib.

Daimi nümayəndə qeyd edib ki, Böyük Britaniyanın fevral üçün prioritetləri üç böyük böhran ətrafında cəmlənir: Ukrayna, Sudan və Qəzza.

Səfirin sözlərinə görə, fevralın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümü ilə bağlı Təhlükəsizlik Şurasında xüsusi iclas çağırılacaq. İclasın Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri tərəfindən idarə olunması gözlənilir.

Britaniya Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq qalır. London Kiyevə hərbi, maliyyə və iqtisadi dəstəyi davam etdirəcək, eyni zamanda Rusiyaya qarşı iqtisadi təzyiqlərin artırılmasını dəstəkləyəcək. Həmçinin Sudandakı müharibə və humanitar fəlakət də Böyük Britaniya üçün prioritet olaraq qalır.

Kariuki Qəzza ilə bağlı atəşkəsin qorunmasının və genişləndirilməsinin vacibliyini qeyd edib. Humanitar yardımın artırılmasının, bütün keçid məntəqələrinin açılmasının və mülki əhalinin ağır vəziyyətinin aradan qaldırılmasının zəruri olduğunu bildirib.

Böyük Britaniya HƏMAS-ın silahsızlaşdırılması, Qəzzada yeni fələstinli idarəetmə strukturlarının qurulması və uzunmüddətli sülh üçün siyasi prosesin irəlilədilməsini vacib hesab edir. Bu mövzuda aylıq Yaxın Şərq iclasında da müzakirələr aparılacaq. 

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 551 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 551 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 551 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 551 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 551 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 551 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 551 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 551 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 551 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 551 baxış
Seçilmişlər
icon