Botsvana və Almaniya arasında fil qalmaqalı
Botsvana hakimiyyəti fillərin qorunması siyasəti ilə bağlı Almaniya ilə münaqişəni kəskin şəkildə artırıb.
Afrika ölkəsinin ətraf mühit naziri Vinter Boipuso Molotsi ölkəsinin 40 min fili Almaniyaya "deportasiya etməyə" hazır olduğunu açıqlayıb. Bu barədə "Bild" nəşri məlumat yayıb.
O, ölkədəki çoxsaylı fillərin tarlaları məhv etdiyini və insan ölümünə səbəb olduğunu bildirib. Fil sümüyü ticarətinin qadağan edilməsinin isə dövləti fermerlərə kompensasiya ödəmək üçün vəsaitdən məhrum etdiyini söyləyib.
"Bizim inkişaf yardımına ehtiyacımız yoxdur. Heyvanlardan da daxil olmaqla, öz pulumuzu qazanmaq istəyirik. Dilənçilik etmək xoş deyil. Görünür, bəzi insanlar bizi bu vəziyyətdə görməkdən zövq alırlar", – deyə nazir bildirib.
Nazirin sərt bəyanatları Almaniyanın fil sümüyü ilə sertifikatlaşdırılmış ticarətin açılmasına qarşı çıxması olub.
Molotsinin sözlərinə görə, hazırda ölkədə təxminən 150 min fil var və anbarlarda əsasən təbii səbəblərdən ölən heyvanlardan əldə edilən 160 ton fil sümüyü saxlanılır.
#Almaniya teqi istifadə olunub
- Merts İran müharibəsinin acı nəticələrindən danışdı
- Berlin beynəlxalq dəniz missiyasına qoşulma ssenarilərini nəzərdən keçirir
- Baltik sahillərində balina quma ilişib qalıb
- Berlin trans-Atlantik münasibətlərdə yeni mərhələyə hazırlaşır | “Bloomberg”
- Almaniya Şimali Atlantikada mövqeyini belə gücləndirir
