Pleyeri seçin:

Brad Pittin daha bir qızı ondan üz çevirdi | Qalmaqallı boşanmanın pərdəarxası

03 iyun 2024 504 baxış

Hollivud aktyorları Ancelina Coli və Bred Pittin qızı Şaylo atasının soyadından rəsmən imtina edib.

Qız sənədlərini dəyişdirmək proseduruna 18 yaşında başlayıb. O, Şaylo Coli olmağı planlaşdırır. Mənbə bildirib ki, Pitt qızının qərarına hələ cavab verməyib.

Bundan əvvəl aktyorların qızı 18 yaşı münasibətilə valideynlərini barışmağa çağırıb. Şaylo ana və atasına müraciətlə "münasibətləri nizama salmaq, böyümək lazımdır" deyib. Maqazin qəzetlərindən biri qızın valideynlərinin münaqişələrindən bezdiyini yazıb.

Əvvəllər Pitt keçmiş həyat yoldaşı ilə uşaqların birgə qəyyumluğunda israr etməyi dayandırıb. Aktrisa cütlüyün altı övladına tam qəyyumluq edə biləcək və Pittin onları görmək hüququ olacaq. Məlumdur ki, Şaylo atasına yaxındır və bu yaxınlarda onunla birlikdə yaşamağa köçüb.

Şaylo Novel Pitt-Coli cüytlüyünün ilk doğma qızıdır və övladlığa götürülənlər də daxil olmaqla cütlüyün altı uşağının üçüncü ən böyüyüdür.

Keçən ilin payızında “The New York Times” xəbər verib ki, Coli keçmiş ərinə qarşı məişət zorakılığı iddiası qaldırıb. Aktrisa 2016-cı ilin sentyabrında şəxsi təyyarədə baş verən hadisədən danışıb. Sonra ailə altı uşaqla birlikdə Fransadan Kaliforniyaya uçub. Colinin sözlərinə görə, münaqişə zamanı Pitt uşaqlardan birini boğmağa cəhd edib, digərinin isə üzünə vurub, arvadının başından tutub silkələyib, üzərinə pivə töküb, uşaqların üzərinə şərab və pivə atıb. Bundan başqa, aktyor söyüş söyüb, qışqırıb, hətta yumruğu ilə təyyarənin tavanına vurub.

Coli 2016-cı ildə ərindən boşanmaq üçün məhkəməyə müraciət edib, proses 2019-cu ildə rəsmi olaraq tamamlanıb. İndi keçmiş həyat yoldaşları əmlaklarını bölürlər.

Şaylo atasının soyadından imtina edən ikinci övladdır. Bundan əvvəl bunu cütlüyün Zahara adlı efiopiyalı övladlığı edib.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 504 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 504 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 504 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 504 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 504 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 504 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 504 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 504 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 504 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 504 baxış
Seçilmişlər
icon