Brüssel sazişinin mətni hələlik açıqlanmayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının səfirləri Ukrayna üçün 90 milyard avro məbləğində kreditin detallarını təsdiqləyiblər.
İttifaq liderləri tərəfindən dekabr ayında razılaşdırılmış təşəbbüsün məqsədi 2026–2027-ci illərdə Kiyevin maliyyə ehtiyaclarının böyük hissəsini ödəmək və müharibə aparılmasını təmin etməkdir.
“Reuters” agentliyi xəbər verir ki, səfirlər Brüsseldə keçirilmiş qapalı iclasda bu barədə razılaşma əldə ediblər.
Sazişin mətni hələlik açıqlanmayıb, lakin Avropa İttifaqı Şurasının bəyanatında bildirilib ki, vəsaitlərin üçdə ikisi hərbi yardıma, üçdə biri isə ümumi büdcənin dəstəklənməsinə yönəldiləcək.
“Prinsip etibarilə müdafiə məhsulları yalnız Avropa İttifaqında, Ukraynada və ya Avropa İqtisadi Məkanı – EFTA ölkələrində yerləşən şirkətlərdən alınmalıdır. Əgər Ukraynanın hərbi ehtiyacları İttifaqda, Ukraynada və ya Avropa İqtisadi Məkanı – EFTA ölkələrində mövcud olmayan müdafiə məhsullarının təcili tədarükünü tələb edərsə, müəyyən istisnalar tətbiq olunacaq”.
#Avropa İttifaqı teqi istifadə olunub
- Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu
- Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV
- Rusiya XİN Aİ və NATO rəhbərliyini ittiham etdi
- Ursula Fon der Lyayenin Kanadaya assosiativ üzvlük təklifinə qarşı narazılıqlar var
- "Putindən başqa hamı sülh istəyir" | Rusiya bu zəngə sevinir, yoxsa...? - Baku TV
