Pleyeri seçin:

Bu ərazidə məktəblər bağlandı | Ayı hücum etdi, qorxulu anlar yaşandı - Baku TV

09 iyun 2026 365 baxış

Yaponiyanın Utsunomiya şəhərində artıq üç gündür küçələrdə dolaşan ayı səbəbindən yüzə yaxın təhsil müəssisəsi fəaliyyətini dayandırıb.

Yerli hökumət yırtıcının ticarət mərkəzləri də daxil olmaqla şəhərin müxtəlif yerlərində dəfələrlə görünməsindən sonra belə bir qərar qəbul edib.

Tokionun şimalında yerləşən Utsunomiya administrasiyası 94 dövlət ibtidai və orta məktəbinin bağlanması barədə göstəriş verib. Buna səbəb şənbə günündən bəri ayının peyda olması ilə bağlı ondan çox müraciətin daxil olmasıdır. Hazırda heyvanın axtarışlarına onlarla ovçu, polis əməkdaşı və yerli rəsmilər cəlb olunub.

Şəhər hakimiyyətinin nümayəndəsi bildirib ki, ayının göründüyü ərazilərdə əhalini xəbərdar etmək üçün xüsusi texnikalardan istifadə olunur. Sakinlərə evlərində və ya avtomobillərində qalmaları, zərurət olmadan küçəyə çıxmamaları barədə xəbərdarlıq edilib. Eyni zamanda rəsmi şəxs şəhərdə bir, yoxsa bir neçə ayının dolaşdığının hələlik məlum olmadığını vurğulayıb.

Qeyd edək ki, son illər Yaponiyada ayıların şəhər mərkəzlərinə gəlməsi və insanlara hücum etməsi halları artıb. Ötən il ayı hücumları nəticəsində rekord sayda – 13 nəfər həyatını itirib. Mütəxəssislər bu hadisələrin artmasını ayıların qış yuxusundan ac halda oyanaraq qida axtarışı üçün yaşayış məntəqələrinə üz tutması ilə izah edirlər.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 365 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 365 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 365 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 365 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 365 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 365 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 365 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 365 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 365 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 365 baxış
Seçilmişlər
icon