Bu ölkədə Türkiyə PUA-sı vuruldu, ara qarışdı | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
İraqın hava hücumundan müdafiə sistemləri Kərkük səmasında Türkiyəyə məxsus PUA-nı vurub.
Bu barədə ölkə mediası məlumat yayıb. Bildirilib ki, dron qadağan olunmuş əraziyə girməsi əsas göstərilərək vurulub.
PUA zərərsizləşdiriləndən sonra yaşayışın olduğu yerə düşüb və ərazidə yanğın baş verib.
Xəbərə görə, hadisə nəticəsində insan itkisi qeydə alınmayıb. İraq Ordusunun Qərargah generalı Əbdülselam Hammud Ramazan da sözügedən informasiyanı təsdiqləyib.
Adıçəkilən ölkənin Birgə Əməliyyatlar Komandanlığından verilən açıqlamada isə Türkiyəyə məxsus PUA-nın komandirin əmri ilə vurulduğu qeyd olunub.
Məlumat üçün bildirək ki, dronun qalıqları səhər saatlarında aşkarlanıb. Hücumun səbəbləri və hadisənin təfərrüatlarını müəyyən etmək məqsədilə İstintaq İdarəsi, Hava Hücumundan Müdafiə Qüvvələrindən ibarət işçi qrupu yaradılıb.
#İraq teqi istifadə olunub
- İraqdan kritik qərar | Yaxın Şərqdəki xaos yeni gərginliyə səbəb oldu - Baku TV CANLI
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Koalisiyanın missiyası başa çatır | Qərarın əsl qazananı kim olacaq? - Baku TV
- Trampın elan etdiyi missiyanın sonu İraq üçün nə deməkdir?
- İranla İraqın razılaşması uçuşlara necə təsir etdi?
