Bu qalmaqal dövləti hərəkətə keçirdi | Bahalı villalar var, kanalizasiya isə...
Yeniliklərdən dərhal xəbərdar olun
Florida ştatında "milyarderlərin sığınacağı" kimi tanınan bir məkan var.
Söhbət İndian Krik adasından gedir. Onun girişində silahlı mühafizəçilər və yüksək səviyyəli təhlükəsizlik sistemləri mövcuddur. Quru ilə əlaqə yalnız xüsusi körpü vasitəsilə mümkündür və bu keçid ictimaiyyət üçün qapalıdır.
Hazırda bura gözlənilməz bir böhranın mərkəzinə çevrilib: tualet tullantıları problemi ştatın qanunvericilik gündəminə çıxarılıb. Məsələ ondadır ki, adada yeraltı kanalizasiya sistemi yoxdur. Bu səbəbdən tullantıların qonşu Sörfsayd qəsəbəsinin infrastrukturu vasitəsilə regional sistemə ötürülməsi planlaşdırılıb. Lakin qəsəbə rəhbərliyi bu proses üçün İndian Krikdən 10 milyon dollar ödəniş tələb edib.
Ada rəsmiləri bu cür problemlərin digər şəhərlərdə də yarana biləcəyi barədə xəbərdarlıq edərək məsələni ştat səviyyəsinə daşıyıblar. Nəticədə, rəsmilər qanuna dəyişiklik etmək məcburiyyətində qalıblar. Yeni qanun septik sistemdən kanalizasiya sisteminə keçid zamanı yerli idarənin razılığı olmadan belə istifadə olunmasını mümkün edir.
Qeyd edək ki, ada sakinləri arasında Ağ Ev rəhbəri Donald Trampın kürəkəni Cared Kuşner də var.
#ABŞ teqi istifadə olunub
- Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI
- ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM
- Zəngəzur dəhlizi risk altındadır
- “Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV
- İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV
