Bu, Ukraynanın irəliləməsinin qarşısını alacaq? | Ordu çətin seçim qarşısında
Yeniliklərdən dərhal xəbərdar olun
“Kursk vilayətinə hücumla əlaqədar Ukrayna Ordusu seçim qarşısında qalıb: Ukrayna Silahlı Qüvvələri üçün cəbhənin digər bölmələrindəki çətin vəziyyəti nəzərə alaraq, bu bölgəyə qüvvələr sərf etməyə dəyərmi?”.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
“Ukraynanın Rusiyaya (Kursk vilayəti) hücumu sürətli uğurdan sonra dilemma ilə üzləşir. Kiyev qüvvələri bir çox yerdə hələ də silah və say baxımından azlıqdadır”, – məlumatda deyilir.
Qeyd olunur ki, Kiyev üçün dilemma Kurskda gələcək uğurlara nail olmaq məqsədilə cəbhənin digər istiqamətlərində əhəmiyyətli miqdarda ehtiyac duyulan şəxsi heyət və hərbi texnikanın “xərclənməsi” məsələsidir:
“Ukraynanın canlı qüvvə və hərbi texnika çatışmazlığını nəzərə alsaq, bu əməliyyat yüksək risk daşıyır”.
#Ukrayna teqi istifadə olunub
- Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?
- Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - Baku TV
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV
