Dünya
Pleyeri seçin:

Bu yaxşılığınız unudulmayacaq | Baydendən NATO ölkələrinə çağırış

10 iyul 2024

ABŞ-nin paytaxtı Vaşinqtonda NATO-ya üzv 32 dövlətin, tərəfdaş ölkələrin və Avropa İttifaqının iştirakı ilə NATO Sammiti işinə başlayıb.

Alyansın 75 illiyi münasibətilə keçirilən tədbir ABŞ Prezidenti Cozef Baydenin nitqi ilə açıq elan edilib.

Bir çox məsələlərdən danışan Ağ Evin rəhbəri çıxışında təşkilatın yeni üzvlərinə də diqqət çəkib.

“Hörmətli qonaqlar hər biriniz 2024-cü il üzrə keçirilən NATO sammitinə xoş gəlmisiniz. Sizləri burada görmək xoşdur. Bu əlamətdar ildə sizi qəbul etmək, indiyə qədər əldə etdiyimiz hər şeyə geriyə dönüb qürurla baxa bilmək və ortaq gələcəyimizi güclü və qətiyyətli şəkildə təsəvvür etmək çox gözəldir. Biz birlikdə Avropanı müharibənin təsirindən sonra yenidən inşa etdik. Keçmiş düşmənlər həmrəy olub demokratik ölkələrə çevrildilər.

Balkanlarda müharibə başlayanda sülhü bərpa etmək və etnik təmizləməni dayandırmaq üçün münaqişəyə müdaxilə etdik. Sentyabrın 11-də ABŞ-yə hücum ediləndə NATO müttəfiqlərimiz, hamınız alyans tarixində ilk dəfə Beşinci Maddəyə əsaslanaraq, hamı bir ölkə üçün prinsipini həyata keçirdiniz. Amerikalılar bu yaxşılığınızı heç vaxt unutmayacaq.

Bu gün NATO hər zamankindən daha güclüdür. 32 dövlət yumruq kimi birləşib. Finlandiya və İsveç artıq illərlə bizimlə yaxından tərəfdaşlıq edirdilər. İndi onlar rəsmi olaraq NATO-ya üzv olmağı seçdilər. Bu üzvlük 2 ölkənin vətəndaşlarından gələn yüksək istəyin də nəticəsidir. Unutmayın ki, təşkilatın qayəsi həmişə demokratik olmaq olub”, – o əlavə edib.

Qeyd edək ki, 2023-cü ildə Finlandiya, 2024-cü ilin martında isə İsveç alyansa üzv olub.

Kopyalandı
Uşaq dünyaya gətirmək üçün rəsmi nikaha ehtiyac olmayan ölkə - ORALARDA NECƏDİR?

Uşaq dünyaya gətirmək üçün rəsmi nikaha ehtiyac olmayan ölkə - ORALARDA NECƏDİR?

Dünya
05 oktyabr 2024
Bu ərazini tərk edin! | İsrailin əsas hədəfləri hansılardır?

Bu ərazini tərk edin! | İsrailin əsas hədəfləri hansılardır?

Dünya
05 oktyabr 2024
Daşqın bu ölkədə ağır fəsadlara səbəb oldu | Dəhşətə gətirən mənzərə

Daşqın bu ölkədə ağır fəsadlara səbəb oldu | Dəhşətə gətirən mənzərə

Dünya
05 oktyabr 2024
Yaponiyanın yeni Baş nazirindən ABŞ-ni qəzəbləndirəcək təklif

Yaponiyanın yeni Baş nazirindən ABŞ-ni qəzəbləndirəcək təklif

Dünya
05 oktyabr 2024
Son 24 saatda həlak olan Livan sakinlərinin sayı açıqlandı

Son 24 saatda həlak olan Livan sakinlərinin sayı açıqlandı

Dünya
05 oktyabr 2024
İran XİN rəhbəri atəşkəs üçün ölkəsinin şərtini açıqladı

İran XİN rəhbəri atəşkəs üçün ölkəsinin şərtini açıqladı

Dünya
05 oktyabr 2024
Xameneidən müharibə mesajı | Ali dini lider kürsüyə belə çıxdı

Xameneidən müharibə mesajı | Ali dini lider kürsüyə belə çıxdı

Dünya
05 oktyabr 2024
Regionda vəziyyəti qarışdıracaq iddia | Rusiya FTX direktoru daha nələri açıqladı?

Regionda vəziyyəti qarışdıracaq iddia | Rusiya FTX direktoru daha nələri açıqladı?

Dünya
05 oktyabr 2024
Daxili və xarici xəyanətlərə uğradıq | Ərdoğan ölkələrə elə bir mesaj göndərdi ki…

Daxili və xarici xəyanətlərə uğradıq | Ərdoğan ölkələrə elə bir mesaj göndərdi ki…

Dünya
05 oktyabr 2024
Həsən Nəsrullahın dəfni ilə bağlı müəmmalı açıqlama | Mərasim İsrailin hədəfinə çevrilə bilər?

Həsən Nəsrullahın dəfni ilə bağlı müəmmalı açıqlama | Mərasim İsrailin hədəfinə çevrilə bilər?

Dünya
05 oktyabr 2024
Seçilmişlər
icon