Dünya
Pleyeri seçin:
İranın İsrailə hücumu qanunidir? | Xameneidən vacib açıqlama
“İranın düşməni İraq, Livan və Misirin düşmənidir. Bizim düşmənimiz birdir və eynidir”.
Bunu İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei deyib. O öz çıxışında İranın İsrailə son raket hücumu mövzusuna da toxunub.
“Silahlı Qüvvələrimizin gördüyü iş tamamilə qanuni idi. Biz borcumuzu yerinə yetirməkdə nə tərəddüd edirik, nə də tələsirik. İranın atdığı addım İsrail üçün ən yüngül cəzadır”, – deyə o bildirib.
Qeyd edək ki, Ayətullah Əli Xamenei çıxışının sonunda HƏMAS-ın 2023-cü ilin oktyabrın 7-də İsrailə hücumunu xatırladaraq onlara haqq qazandırıb. O, HƏMAS və SEPAH-ı eyniləşdirərək onların hərbi müdaxiləsini dəstəkləyib.
Kopyalandı
Seçilmişlər