Pleyeri seçin:

Bunlar pərdəarxası oyundur | Kadırovdan Çeçenistanı silkələyən hadisəyə reaksiya

27 dekabr 2024 313 baxış

Çeçenistanın rəhbəri Ramzan Kadırov Özbəkistan rəsmilərinə sui-qəsd hazırlamaqda şübhəli bilinən iki yerli Çeçenistan vətəndaşının axtarışa verilməsi ilə bağlı xəbərləri şərh edib.

Podrobno.uz saytı xəbər verir ki, R.Kadırov sui-qəsdin özünü şübhə altına alıb, qurbanları hədələyib və bütün bunların Qərbin pərdə arxası oyunu olduğunu irəli sürüb.

R.Kadırov qeyd edib ki, Özbəkistan Prezident Administrasiyasının informasiya siyasəti şöbəsinin keçmiş rəhbəri Komil Allamjonovun avtomobilinin atəşə tutulmasını sui-qəsd adlandırmaq çətindir.

Bundan əlavə, o, iş üzrə məhkəmə prosesinin başlanmasından iki ay sonra birdən-birə “eyni cəhd”in digər uğursuz qurbanı rolunda üzə çıxan Qabaqcıl Layihələr üzrə Milli Agentliyin rəhbəri Dmitri Li haqqında danışıb.

Çeçenistan rəhbəri bu işlə məşğul olan müstəntiqlər barədə daxili yoxlama aparmağa çağırıb. O həmçinin Komil Allamjonov və Dmitri Liyə qurban rolunu oynamamağı tövsiyə edib.

“Əks təqdirdə bütün intriqalara, böhtanlara və spekulyasiyalara görə cavab verməli olacaqsınız, indi isə adət-ənənələrimizə uyğun olaraq cavabdan danışıram”, – R.Kadırov onları təhdid edib.

Bundan əlavə, R.Kadırov bu işdə “çeçen izi” ilə bağlı fərziyyələri bir daha rədd edərək deyib:

“O zaman dedim, indi də deyirəm: bunu hazırlasaydım, işi elə həmin gündə bitirərdim, mənim haqqımda belə pis fikirdə olmamalı idiniz”.

Onun sözlərinə görə, Özbəkistanda nüfuz qazanmaq üçün heç nə etməyə ehtiyac yoxdur.

Xatırladaq ki, K.Allamjonovun avtomobilinin atəşə tutulması ilə bağlı insident oktyabrın 26-da Qibrayda baş verib. Heç kim xəsarət almayıb. Daha sonra təhlükəsizlik qüvvələri bir neçə şübhəlini saxlayıb. Bir ay sonra Çeçenistandan olan Bislan Rasayev və Şamil Temirxanov bu işlə bağlı beynəlxalq axtarışa verilib.

R.Kadırov bu hekayəni “pərdə arxası oyunlar” adlandırıb. Onun sözlərinə görə, bu fonda “qərbyönlü media” Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ailəsi daxilində hansısa konfliktdən danışmağa başlayıb.

“Cəhd”lə bağlı yaranan səs-küy fonunda bəzi media qurumları ehtiyatla Prezidentin qızı və kürəkəninin hakimiyyətə iddialı ola biləcəyi ilə bağlı başqa bir xəbər hazırlayıb”, – R.Kadırov yazıb.

Sonda Çeçenistan rəhbəri Mirziyoyev ailəsini “bəyanat verməyə və bütün çirkin şayiələri dağıtmağa” çağırıb.

Rusiyadan təzminat tələbi Zaxarovanı özündən çıxardı - Baku TV

Rusiyadan təzminat tələbi Zaxarovanı özündən çıxardı - Baku TV

Dünya
18 fevral 2026 313 baxış
Güc mərkəzlərində sakit sui-qəsd planları - Baku TV

Güc mərkəzlərində sakit sui-qəsd planları - Baku TV

Dünya
18 fevral 2026 313 baxış
ABŞ hərəkətə keçdi: qırıcılar yerləşdirildi

ABŞ hərəkətə keçdi: qırıcılar yerləşdirildi

Dünya
18 fevral 2026 313 baxış
Fransada tarixi rekord: Qırmızı təhlükə səviyyəsi elan edilib

Fransada tarixi rekord: Qırmızı təhlükə səviyyəsi elan edilib

Dünya
18 fevral 2026 313 baxış
Kritik geri sayım: İran ABŞ-nin "qırmızı xətlər"ini qəbul edəcək, yoxsa savaş qaçılmazdır? - Baku TV

Kritik geri sayım: İran ABŞ-nin "qırmızı xətlər"ini qəbul edəcək, yoxsa savaş qaçılmazdır? - Baku TV

Dünya
18 fevral 2026 313 baxış
“The New York Times”: Sülh olmayacaq, Putin daha iki il müharibə planlaşdırır

“The New York Times”: Sülh olmayacaq, Putin daha iki il müharibə planlaşdırır

Dünya
18 fevral 2026 313 baxış
Fransada radikal sağçı fəalın ölümü siyasi gərginliyə səbəb olub

Fransada radikal sağçı fəalın ölümü siyasi gərginliyə səbəb olub

Dünya
18 fevral 2026 313 baxış
ABŞ-nin süni intellektlə bağlı narahatlıqları var

ABŞ-nin süni intellektlə bağlı narahatlıqları var

Dünya
18 fevral 2026 313 baxış
Dmitri Peskov Moskva və Pekinlə bağlı yayılan iddialara aydınlıq gətirdi - Baku TV CANLI

Dmitri Peskov Moskva və Pekinlə bağlı yayılan iddialara aydınlıq gətirdi - Baku TV CANLI

Dünya
18 fevral 2026 313 baxış
Ukrayna lideri Belarus Prezidenti ilə bağlı qərar verdi - Baku TV CANLI

Ukrayna lideri Belarus Prezidenti ilə bağlı qərar verdi - Baku TV CANLI

Dünya
18 fevral 2026 313 baxış
Seçilmişlər
icon