Pleyeri seçin:

Çarəsiz Avropa öz ordusunu yaradır | Qitənin səması türk PUA-ları ilə qorunacaq - HƏRBİ XRONİKA

09 mart 2025 456 baxış

“Avropa açıq və real təhlükə ilə üz-üzədir. Biz özümüzü müdafiə etmək və Ukraynanı güc mövqeyinə çıxarmağa qabil olmalıyıq”.

Ağ Evdə baş tutan qalmaqallı Tramp-Zelenski görüşündən az sonra – martın 6-da Brüsseldə keçirilən “Köhnə dünya” liderlərinin görüşündə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin səsləndirdiyi bu ifadə Birləşmiş Ştatların 47-ci Prezidentinin hakimiyyətə gəlişindən sonra müəyyən qədər dumanlı ehtimallarla olsa da, hər halda gözlənilən durumun real konturda konstatasiyası olub.

Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsi ilə bağlı “U” dönüşü sərt reallıqda Avropa üçün uzun və rahat bir yuxunun sonudur. Birlik birdən-birə dəyişən siyasi şərtlərdə müharibədən faktiki olaraq qələbə ilə çıxmaqda olan rus hərbi maşınının yaxınlaşan vahiməli uğultusu qarşısında panikaya düşüb. Hərçənd bunu sadəcə panika hesab etmək yanlış olar, ortada faktiki olaraq itirilmiş çox güclü qəyyum, məhv edilə bilməmiş qəzəbli düşmən və qorunmayan bir qitə var.

Brüssel sammitində Ursula fon der Lyayen Avropanın özünü müdafiə edə bilməsi üçün ordusunu yenidən qurmalı və yenidən silahlandırmalı olduğunu bəyan edərək bunun üçün lazım olan məbləği də açıqlayıb: düz 800 milyard avro və ya 841 milyard dollar.

Bu vəsaitin müvafiq məqsəd üçün 4 il ərzində sərf edilməsi nəzərdə tutulur.

Bəs bu qədər vəsait Avropada, həqiqətən də, güclü və vahid ordu yaradılması üçün yetərlidirmi və hazırkı şərtlərdə belə bir ordu üçün əsas çağırışlar nədən ibarətdir?

Baku TV-nin “Hərbi xronika” rubrikasının yeni buraxılışında bu suallara aydınlıq gətirilib.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 456 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 456 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 456 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 456 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 456 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 456 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 456 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 456 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 456 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 456 baxış
Seçilmişlər
icon