Dünya
Pleyeri seçin:
Cənubi Koreyada təyyarə qəzasının səbəbi | Neçə nəfər sağ qaldı?
Cənubi Koreyada “Jeju” təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarənin göyərtəsində olan 181 nəfərdən 179-u həlak olub. Yalnız 2 nəfər sağ qalıb.
Bu barədə məlumat yerli mediada aidiyyəti qurumlara istinadən paylaşılıb.
Ekipaj təyyarəni gövdənin üstündə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı beton konstruksiyaya çırpılıb. Nəticədə yanğın baş verib.
İlkin ehtimala görə, təyyarənin nasaz hala gəlməsinə səmada olarkən toqquşduğu quş sürüsü səbəb olub.
“Araşdırmalar davam edir. Hadisənin əsl səbəbləri isə “qara qutu” incələndikdən sonra məlum olacaq”, – deyə xəbərdə bildirilib.
Kopyalandı
Seçilmişlər