Pleyeri seçin:
Karapetyan Moskvada həbs olundu? | Qalmaqallı məsələyə aydınlıq gətirildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan Moskvanın mərkəzində saxlanılıb.
Bu barədə Rusiya KİV xəbər yayıb.
Bildirilib ki, sabiq nazir Ermənistanda "Qanunsuz sahibkarlıq fəaliyyətində iştirak" və "Vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə axtarışa verilib.
Lakin bu informasiya yayılandan bir qədər sonra sabiq nazir sözügedən iddiaları təkzib edib.
Yerli KİV-ə açıqlaması zamanı A.Karapetyan Rusiya polisinin erməni həmkarlarından aldığı sənədlərlə bağlı onu qısa sorğuya çəkdiyini deyib.
Qeyd edək ki, Arşak Karapetyan 2021-ci ildə bir neçə ay Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb. O həmçinin üç il Ermənistanın Baş naziri Nikol Paşinyanın müşaviri kimi fəaliyyət göstərib.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
