Dünya
Pleyeri seçin:

Cənubi Qafqazda toqquşan maraqlar | ABŞ Azərbaycandan keçəcək yola nəzarət üçün...

11 oktyabr 2024

“Parlament seçkiləri yaxınlaşdıqca qonşu Gürcüstanda daxili siyasi vəziyyətə xaricdən təsirlər artır. Qərb, Avropa ölkələri və ABŞ hazırkı hakim “Gürcü Arzusu” partiyasının seçkilərdə qalib gəlməsini istəmir”.

Bunu Gürcüstanın Strateji Planlaşdırmalar Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze Baku TV-yə verdiyi müsahibəsində deyib.

“Bu günlərdə Avropa Parlamenti qətnamə qəbul edərək Gürcüstan hakimiyyətinin üzvlərinə sanksiyalar tətbiq etdi. Qərb, Avropa ölkələri və ABŞ hazırkı hakim partiyanın seçkilərdə qalib gəlməsini istəmir. Onların məqsədi Qərbin maliyyələşdirdiyi və istədiklərini icra edəcək hökumətin qurulmasıdır. Bu da təsadüfi deyil.

Belə ki, ABŞ Çinin dəniz yoluna alternativ olaraq qurmaq istədiyi Gürcüstan və Azərbaycandan keçəcək quru yoluna nəzarəti gücləndirmək istəyir. Çünki əgər Çin Gürcüstan vasitəsilə öz ticarət yolunu inkişaf etdirə bilsə, ABŞ-nin 100 milyardlarla dollar xərcləyərək Çinin ətrafında saxladığı hərbi bazalar öz əhəmiyyətini itirəcək. Ona görə də deyə bilərəm ki, bu seçkilər həyati önəm daşıyır. Parlament seçkilərinin nəticələri həlledici rol oynayacaq”, – deyə o qeyd edib.

Politoloq Marina İzoriya isə Gürcüstanda hakimiyyətə hansı qüvvələrin gələcəyinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb:

“Cənubi Qafqazda güc balansının yeni bölgüsü getməkdədir. Bu isə istər Qərbdə, istərsə də Şərqdə baş verən hadisələrlə əlaqəlidir. Gürcüstanın hansı istiqamətə gedəcəyi seçkilərin nəticələrinə bağlıdır. Ümid edirəm ki, istənilən halda ölkəmizdə stabillik pozulmayacaq”.

Məlumat üçün bildirək ki, cari ilin oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar ölkə üzrə ümumilikdə 3031 seçki məntəqəsi yaradılıb. Səsvermə prosesi 2263 seçki məntəqəsində elektron, 768-də isə ənənəvi qaydada baş tutacaq. 

Ay görün necə və nə vaxt yaranıb | Bilinməyən faktlar açıqlandı

Ay görün necə və nə vaxt yaranıb | Bilinməyən faktlar açıqlandı

Dünya
21 dekabr 2024
Rusiyada çoxarvadlılığa icazə verildi | Qoyulan şərtlər isə görün nələrdir

Rusiyada çoxarvadlılığa icazə verildi | Qoyulan şərtlər isə görün nələrdir

Dünya
21 dekabr 2024
Alimlərdən mühüm tapıntı | Bu planetdə şəhər salıb yaşamaq mümkünləşir?

Alimlərdən mühüm tapıntı | Bu planetdə şəhər salıb yaşamaq mümkünləşir?

Dünya
21 dekabr 2024
Teraktın olduğu ərazidə təhlükəsizlik tədbirləri gücləndirildi

Teraktın olduğu ərazidə təhlükəsizlik tədbirləri gücləndirildi

Dünya
21 dekabr 2024
Viktor Orban Ukraynada atəşkəsə ümidlidir

Viktor Orban Ukraynada atəşkəsə ümidlidir

Dünya
21 dekabr 2024
Almaniyada tükürpərdən hadisə: Ölənlər var

Almaniyada tükürpərdən hadisə: Ölənlər var

Dünya
21 dekabr 2024
Gürcüstanın Baş naziri Kobaxidzedən vacib açıqlama

Gürcüstanın Baş naziri Kobaxidzedən vacib açıqlama

Dünya
21 dekabr 2024
Ərdoğan Yaxın Şərqlə bağlı dünyaya çağırış etdi | Siz yox, biz qapı açdıq!

Ərdoğan Yaxın Şərqlə bağlı dünyaya çağırış etdi | Siz yox, biz qapı açdıq!

Dünya
20 dekabr 2024
Makron qorxuya düşüb hərəkətə keçdi | Xalqın liderə qarşı nifrəti davam edir

Makron qorxuya düşüb hərəkətə keçdi | Xalqın liderə qarşı nifrəti davam edir

Dünya
20 dekabr 2024
Saturnun halqaları ilə bağlı nələr kəşf edildi? | Alimlərdən maraqlı araşdırma

Saturnun halqaları ilə bağlı nələr kəşf edildi? | Alimlərdən maraqlı araşdırma

Dünya
20 dekabr 2024
Seçilmişlər
icon