Çevriliş cəhdi necə alt-üst edildi? - Bu həbslərdən sonra elə şeylər olacaq ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Məhkəmə “Müqəddəs mübarizə” hərəkatının liderinin həbsi ilə bağlı vəsatəti təmin edib və arxiyepiskop Baqrat Qalstanyan iki ay müddətinə həbs edilib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məhkəmə həmçinin Qarabağdan qovulan separatçı David Qalstyan, arxiyepiskop Baqrat Qalstanyanın köməkçisi Movses Şarbatyan, bloger Armen Aleksanyan və ehtiyatda olan polkovnik Miqran Maxsudyanın da barəsində iki aylıq həbs qətimkan tədbiri seçilməsinə dair vəsatəti təmin edib. Ümumilikdə 16 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.
Qeyd edək ki, Ermənistan hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və Daşnaksütyun Partiyası üzvlərinin evlərində axtarışlar aparıb. Ermənistan İstintaq Komitəsi Keşiş Baqratı və digərlərini hakimiyyəti zorla ələ keçirmə cəhdində, o cümlədən terror aktları hazırlamaqda ittiham edir. Baş verən həbslərin əsas səbəbi Paşinyana qarşı çevriliş cəhdinin olmasıdır.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
