Çin mediası: ABŞ-İran atəşkəsi güc toplamaq vasitəsinə çevrilməməlidir
ABŞ, İsrail və İran arasında əldə olunan müvəqqəti atəşkəs tərəflər üçün hərbi güc toplamaq imkanı kimi qiymətləndirilməməlidir.
Bu barədə Çin nəşri “Global Times” hökumətdəki mənbələrə istinadən məqaləsində yazıb.
Məlumata görə, nəşr tərəfləri iki həftəlik atəşkəs dövründən maksimum istifadə edərək qısamüddətli razılaşmanı uzunmüddətli sülhə çevirməyə çağırıb.
Qeyd olunur ki, əsas sınaq tərəflərin danışıqlarda səmimiyyət nümayiş etdirib-etdirməyəcəyidir.
Məqalədə vurğulanır ki, əgər atəşkəs yalnız vaxt qazanmaq və hərbi potensialı artırmaq üçün “taktiki fasilə” kimi istifadə olunarsa, münaqişə istənilən an yenidən kəskinləşə bilər.
Nəşr həmçinin qeyd edir ki, tərəflər danışıqlar prosesində bir-birinin maraqlarını nəzərə almalı və hər hansı mərhələni “təslim olma” və ya “məğlubiyyət” kimi təqdim etməməlidir.
Bildirilir ki, beynəlxalq ictimaiyyət də bu fürsətdən istifadə edərək daha geniş razılaşma üçün ortaq mövqe formalaşdırmalı və regionda gərginliyin azaldılmasına töhfə verməlidir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib və tərəflər yaxın günlərdə danışıqlar aparmağa hazırlaşır.
#ABŞ teqi istifadə olunub
- Rutte Trampla görüşdən nə umur? - ABŞ lideri NATO-dan şikayətlənməkdə haqlıdır? - Baku TV
- Trampın İrana qarşı taktikasının əsasında dayanan nədir?
- ABŞ Hörmüz boğazı ilə bağlı kritik şərtini açıqladı | İran hansı addımı atacaq? - Baku TV CANLI
- İranla bağlı hadisələrin Nyu-York birjasına hansı təsirləri var?
- ABŞ və İsrail atəşkəsə əməl etmir? | "Atəşkəs məqsədəuyğun deyil" - Baku TV
