Pleyeri seçin:
Çindən olan 2 hərbçi girov götürüldü | Zelenskidən təcili açıqlama
Ukrayna Ordusu Donetskdə iki çinəsilli hərbçini girov götürüb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Belçikanın Baş naziri Bart de Veverlə birgə mətbuat konfransı zamanı məlumat verib.
Zelenski əlavə edib ki, belə faktlara görə ABŞ nə baş verdiyinə diqqət yetirməlidir.
“Belə çıxır ki, İran, Suriya və Şimali Koreyadan sonra Çin də Rusiya ilə birləşib Ukraynaya qarşı savaşır. Sadəcə, digər ölkələr Rusiyaya Kurskda, Rusiya ərazisində yardım edirdilər. Çinlilər isə Donetskdə, Ukrayna ərazisində ələ keçiblər”, – deyə Zelenski vurğulayıb.
Kopyalandı
