Pleyeri seçin:

CNN-dən Zelenski və Zalujnı barədə sensasiyalı açıqlama

01 fevral 2024 464 baxış

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı müharibə ilə bağlı Prezident Volodimir Zelenski ilə arasındakı fikir ayrılıqlarına görə qarşıdakı günlərdə vəzifəsindən azad ediləcək.

Bu barədə CNN-ə adı açıqlanmayan iki mənbə bildirib.

Məlumata görə, general yanvarın 29-da Prezidentin ofisindəki görüşə çağırılıb və ona işdən çıxarılacağı barədə məlumat verilib. Qeyd olunub ki, V.Zalujnının işdən çıxarılması rəsmi şəkildə elan edilməyib, lakin Prezidentin müvafiq fərmanı həftənin sonunadək imzalaması gözlənilir.

Saytın iddiasına görə, müdafiə naziri Rustem Umerovun da iştirakı ilə yanvarın 29-da Prezidentin ofisində keçirilən kiçik toplantıda V.Zelenski V.Zalujnını vəzifəsindən azad etməyə qərar verdiyini bildirib. Qeyd olunub ki, dövlət başçısı ona başqa vəzifə təklif edib, lakin o, bundan imtina edib.

Adı açıqlanmayan mənbələr generalın yerinə yeni namizədlərin nəzərdən keçirildiyini də qeyd ediblər. Bildirilib ki, bunlardan biri V.Zelenski ilə yaxın əlaqələri olan və yeni nəsil hərbi liderləri təmsil edən Baş Kəşfiyyat İdarəsinin rəhbəri, 38 yaşlı general Kiril Budanovdur.

Qeyd olunub ki, V.Zalujnının vəzifəsindən uzaqlaşdırılması 2 il öncə Rusiya ilə tammiqyaslı müharibənin başlamasından sonra ən böyük hərbi qalmaqaldır. Məlumata görə, tərəflər arasında gərginlik Silahlı Qüvvələrin komandanının ötən ilin noyabrında “The Economist”ə müsahibəsində Rusiya ilə müharibənin dalana dirəndiyini deməsindən sonra artıb.

Xatırladaq ki, bir müddət öncə Prezidentin sözçüsü Sergey Nikiforov general Valeri Zalujnının vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatları təkzib edərək V.Zelenskinin belə bir əmr imzalamadığını bildirmişdi.

Seuta anklavından miqrantlar Mərakeşə qaytarılıb

Seuta anklavından miqrantlar Mərakeşə qaytarılıb

Dünya
01 avqust 2026 464 baxış
Toz, səs-küy və xəstəlik: Karxanaların yaratdığı böyük təhlükə - AKTUAL GÜNDƏM

Toz, səs-küy və xəstəlik: Karxanaların yaratdığı böyük təhlükə - AKTUAL GÜNDƏM

Dünya
01 avqust 2026 464 baxış
İsrail qırıcılarının hücumu Qəzzada tibb infrastrukturuna ağır zərbə vurdu - Baku TV CANLI

İsrail qırıcılarının hücumu Qəzzada tibb infrastrukturuna ağır zərbə vurdu - Baku TV CANLI

Dünya
01 avqust 2026 464 baxış
Hörmüz boğazında tanker insidenti qlobal enerji bazarlarını yenidən silkələdi - Baku TV CANLI

Hörmüz boğazında tanker insidenti qlobal enerji bazarlarını yenidən silkələdi - Baku TV CANLI

Dünya
01 avqust 2026 464 baxış
Vaşinqton hərbi ehtiyatların bərpası üçün milyardlarla dollar əlavə vəsait istəyir - Baku TV CANLI

Vaşinqton hərbi ehtiyatların bərpası üçün milyardlarla dollar əlavə vəsait istəyir - Baku TV CANLI

Dünya
01 avqust 2026 464 baxış
BMT Qəzza ilə bağlı yol xəritəsinin icrasını istəyir

BMT Qəzza ilə bağlı yol xəritəsinin icrasını istəyir

Dünya
01 avqust 2026 464 baxış
Rusiya Ordusu Kiyevi növbəti dəfə vurdu

Rusiya Ordusu Kiyevi növbəti dəfə vurdu

Dünya
01 avqust 2026 464 baxış
İran üçün kritik saatlar | ABŞ Ordusu hərbi əməliyyata başladı? - Baku TV CANLI

İran üçün kritik saatlar | ABŞ Ordusu hərbi əməliyyata başladı? - Baku TV CANLI

Dünya
01 avqust 2026 464 baxış
Ölkə ərazisinin yarısı rəsmən susuzluqdan əziyyət çəkir

Ölkə ərazisinin yarısı rəsmən susuzluqdan əziyyət çəkir

Dünya
01 avqust 2026 464 baxış
Trampdan İranla bağlı nikbin açıqlama

Trampdan İranla bağlı nikbin açıqlama

Dünya
01 avqust 2026 464 baxış
Seçilmişlər
icon