Dünya
Pleyeri seçin:
Çoxlu sayda yaralanan var | Zavoddakı partlayışla bağlı araşdırma başlandı
Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikdə partlayış baş verib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Makaron fabrikində hələlik müəyyənləşdirilməmiş səbəbdən partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb”, – deyə məlumatda qeyd olunub.
Azı 21 nəfər yaralanıb. Hadisə zamanı fabrikdə 118 işçi olub. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Sakarya şəhərinin meri və rayonun icra başçıları ərazidə olublar. Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
Seçilmişlər