Pleyeri seçin:
Demokratlar respublikaçıları çətin vəziyyətə salıb | ABŞ-də nə baş verir?
ABŞ administrasiyası federal hökumətin maliyyələşdirilməsinin dayanmasına baxmayaraq, oktyabrın 31-də bəzi hərbi qulluqçulara maaş ödəyə biləcək.
"Politico"nun məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu açıqlamanı Vaşinqtonda respublikaçı senatorlarla nahar etdikdən sonra verib.
"Hesab edirik ki, cümə günü hərbi qulluqçulara maaş ödəməyə davam edə biləcəyik. Təəssüf ki, demokratlar bizi çox çətin vəziyyətə saldıqları üçün hamıya maaş verə bilməyəcəyik", – deyə o qeyd edib.
Nəşr həmçinin xatırladıb ki, Pentaqon oktyabrın əvvəlində tədqiqat və inkişaf üçün ayrılmış vəsaitlərdən istifadə edərək xidmətdə olan hərbi qulluqçulara maaş ödəyib. Cey Di Vens bu dəfə ödənişlər üçün planlaşdırılan maliyyələşdirmə mənbələrini açıqlamayıb.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
