Dmitriyevdən Rusiya və ABŞ ilə bağlı diqqətçəkən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev Rusiya və ABŞ-ı Berinq boğazı vasitəsilə birləşdirə biləcək iddialı bir tunel layihəsi təklif edib. Öz "X" sosial şəbəkə hesabında Dmitriyev bu 70 millik marşrutu "Putin-Tramp tuneli" adlandıraraq, onun iki qitə - Amerika və Afro-Avrasiya arasında birliyi simvolizə edə biləcəyini vurğulayıb. O, İlon Maskın "The Boring Company" şirkətinin texnologiyalarından istifadə edərək, ənənəvi 65 milyard dollarlıq smeta dəyərini 8 milyard dollardan aşağı sala biləcəyini və layihəni 8 ildən az müddətə tamamlaya biləcəyini iddia edib. Dmitriyevə görə, bu yük dəmir yolu marşrutu resursların birgə inkişafına yol aça və hər iki ölkə iqtisadiyyatını stimullaşdıra bilər.
#ABŞ teqi istifadə olunub
- Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
- "İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV
- ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb
- Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır
