Pleyeri seçin:

Dörd milyard il əvvəl baş vermiş toqquşmanın nəticələri

22 may 2026 46 baxış

Vaxtilə “kainatın ən sakiti” hesab olunan qalaktika toplusunun əslində nəhəng kosmik toqquşma nəticəsində formalaşdığı məlum olub.

Astronomlar uzun illər ərzində “Abell 2029” qalaktika qrupunu kainatın ən sakit sistemlərindən biri hesab etsələr də, yeni araşdırma onun daxilində milyardlarla il əvvəl baş vermiş güclü toqquşmanın izlərinin hələ də qaldığını üzə çıxarıb.

ABŞ-də yerləşən Çandra Rentgen Rəsədxanasının müşahidələri göstərib ki, qalaktika sisteminin daxilindəki qaz hələ də hərəkətdədir, dalğalanır.

Elm adamlarının fikrincə, bu hadisə təxminən 4 milyard il əvvəl daha kiçik qalaktika qrupunun “Abell 2029” ilə toqquşması nəticəsində baş verib.

Araşdırma zamanı nəhəng spiralvari strukturlar, zərbə dalğaları və həddindən artıq isti qaz axınları aşkar edilib.

Alimlər həmçinin uzunluğu təxminən 2 milyon işıq ili olan nəhəng spiral quruluş qeydə alıblar, bu da indiyə qədər aşkar olunmuş ən böyük belə strukturlardan biri hesab edilir.

Alimlərin qənaətinə görə, yeni kəşf qalaktika topasındakı qazların niyə milyardlarla il ərzində yüksək temperaturunu qoruyub saxladığını izah edə bilər.

Kopyalandı
Paşinyan Rusiyanın ittihamlarına cavab verdi - ANA XƏBƏR

Paşinyan Rusiyanın ittihamlarına cavab verdi - ANA XƏBƏR

Dünya
22 may 2026 46 baxış
Tramp Tehrana təzyiqi artırır: Həftəsonu İrana hücum ediləcək? - AKTUAL GÜNDƏM

Tramp Tehrana təzyiqi artırır: Həftəsonu İrana hücum ediləcək? - AKTUAL GÜNDƏM

Dünya
22 may 2026 46 baxış
"Fox News": Müctəba Xamenei təhlükəsizlik üçün “bin Laden modeli”ndən istifadə edir

"Fox News": Müctəba Xamenei təhlükəsizlik üçün “bin Laden modeli”ndən istifadə edir

Dünya
22 may 2026 46 baxış
Rusiya Ermənistana tədarük etdiyi qazın qiymətini qaldıracaq? - Baku TV CANLI

Rusiya Ermənistana tədarük etdiyi qazın qiymətini qaldıracaq? - Baku TV CANLI

Dünya
22 may 2026 46 baxış
ABŞ Tayvana mümkün 14 milyard dollarlıq silah satışını dayandırıb

ABŞ Tayvana mümkün 14 milyard dollarlıq silah satışını dayandırıb

Dünya
22 may 2026 46 baxış
ABŞ Ukraynaya 108 milyonluq hərbi avadanlıq satışını təsdiqləyib

ABŞ Ukraynaya 108 milyonluq hərbi avadanlıq satışını təsdiqləyib

Dünya
22 may 2026 46 baxış
ABŞ İran əməliyyatı zamanı bu dronların 20 faizini itirib

ABŞ İran əməliyyatı zamanı bu dronların 20 faizini itirib

Dünya
22 may 2026 46 baxış
Siz bu videonu izləyərkən onların ömrü uzanır

Siz bu videonu izləyərkən onların ömrü uzanır

Dünya
22 may 2026 46 baxış
La-Pas sakinləri xəstəxanalardakı baxımsızlığa etiraz etdilər

La-Pas sakinləri xəstəxanalardakı baxımsızlığa etiraz etdilər

Dünya
22 may 2026 46 baxış
Təkərlərin quraşdırılması zamanı sürücülərin və ustaların etdiyi əsas səhvlər

Təkərlərin quraşdırılması zamanı sürücülərin və ustaların etdiyi əsas səhvlər

Dünya
22 may 2026 46 baxış
Seçilmişlər
icon