“Drujba” neft kəməri işə düşəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı il yanvarın sonunda Rusiya tərəfindən ciddi zədələnmiş "Drujba" neft kəməri ay yarım ərzində işə düşə bilər.
Bu barədə Ukrayna lideri Volodimir Zelenski Prezident Ofisində keçirilən müşavirənin yekunlarına dair brifinqdə bildirib.
"Biz məlumat verə bilərik ki, ay yarıma "Drujba" neft kəmərinin bərpası mümkündür. Lakin bu o demək deyil ki, dağıdılan hər şey bərpa olunacaq, ola bilsin ki, işlər paralel şəkildə davam etsin", – deyə Ukrayna Prezidenti bildirib.
O eyni zamanda vurğulayıb ki, Avropa İttifaqı ölkələri tərəfindən Ukraynaya maliyyə yardımının göstərilməsinin "Drujba" kəmərinin yenidən fəaliyyətə başlaması və Rusiya neftinin Macarıstanla Slovakiyaya tədarükünün bərpasından asılı olması narahatlıq doğurur.
#Volodimir Zelenski teqi istifadə olunub
- Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib
- Zelenski Maskın maliyyə imkanları ilə Avropa siyasətinə təsirini yolverilməz sayıb - Baku TV CANLI
- Kiyev milyarderin açıqlamalarına niyə sərt reaksiya verdi?
- Zelenski Putinlə danışmaqdan niyə imtina etdi? | İran uzun savaşa hazırdır? - YENİ BİR SƏHƏR
- Rusiya yeni zərbələrə hazırlaşır?
