Pleyeri seçin:

Dublyor olmadan əfsanəyə çevrildi | Ölümə meydan oxuyan Cüneyt Arkın - ARAŞDIRMA

12 aprel 2025 793 baxış

Əsl adı Fahrettin Сureklibatur olan Cüneyt Arkın 7 sentyabr 1937-ci ildə Türkiyənin Eskişehir şəhərində anadan olub.

Türk kino tarixinin ən məşhur aktyorlarından biri Cüneyt Arkın xüsusən döyüş və macəra filmləri ilə tanınıb.

O, İstanbul Universitetinin Tibb fakültəsini bitirib və bir müddət həkim kimi çalışıb. Lakin 1963-cü ildə “Artist” jurnalının keçirdiyi müsabiqədə birinci yeri qazandıqdan sonra bütün diqqətini kino karyerasına yönəldib. Onun ilk rolu 1964-cü ildə çəkildiyi “Gurbet Kuşları” filmində olub və bu filmlə Arkın tanınmağa başlayıb.

Cüneyt Arkın 1960-1980-ci illərdə türk kinosunun ən məşhur aktyorlarından biri olub. Karyerası ərzində “Malkoçoğlu”, “Battal Qazi”, “Kara Murat”, “Dünyanı xilas edən adam” kimi filmlərdə baş rolları canlandırıb. Xüsusilə döyüş və tarixi filmlərdə döyüş səhnələrini canlandıran qəhrəmanlıq obrazları ilə tanınıb.

İki dəfə ailə həyatı quran aktyorun ilk evliliyindən bir qızı, ikinci evliliyindən isə iki oğlu olub. Oğlu Murat Arkın da aktyor olaraq atasının yolunu davam etdirib.

Cüneyt Arkın filmlərdəki döyüş səhnələrində bütün akrobatik fəndləri özü yerinə yetirib və nəticədə dəfələrlə ağır xəsarətlər alıb. Gəncliyində gimnast olduğu üçün o, filmlərində at belində inanılmaz akrobatik hərəkətlər, tullanmalar, çevik döyüş fəndləri nümayiş etdirib.

Cüneyt Arkın tibb təhsilli olduğundan filmlərinin çəkilişi zamanı xəsarət alan çəkiliş qrupunun üzvlərinə ilkin tibbi yardımı özü göstərib. O, çəkiliş meydançasında rejissor və aktyor olmaqla yanaşı, bir növ “sahə həkimi” kimi də çalışıb.

Aktyor 2022-ci il iyunun 28-də 85 yaşında İstanbulda ürək dayanması səbəbindən dünyasını dəyişib. Səhhətində ölümündən bir neçə il əvvəl problemlər yarandığından o, dəfələrlə xəstəxanaya yerləşdirilib.

Sonuncu dəfə İstanbulun Beşiktaş bölgəsindəki özəl xəstəxanaların birinə aparılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Onun vəfatı türk kino sənayesi və pərəstişkarları üçün böyük itki olub.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 793 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 793 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 793 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 793 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 793 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 793 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 793 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 793 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 793 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 793 baxış
Seçilmişlər
icon