Pleyeri seçin:

Dünya liderlərindən İsrail-Fələstin müzakirəsi: Yaxın Şərqi nə gözləyir?

23 oktyabr 2023 434 baxış

ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniyanın Baş naziri Rişi Sunak, İtaliyanın Baş naziri Corca Meloni, Kanadanın Baş naziri Castin Trüdo, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsla telefonla danışıb.

Ağ Evin məlumatına görə, liderlər Fələstin-İsrail münaqişəsini müzakirə ediblər. Dövlət başçıları İsraili və onun özünü müdafiə etmək hüququnu dəstəklədiklərini bir daha vurğulayıblar.

Liderlər tərəfləri mülki şəxslərin müdafiəsi də daxil olmaqla, beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıblar. Onlar iki amerikalı girovun azad olunmasını təqdir edərək digər girovların da dərhal buraxılmasını istəyiblər.

Eyni zamanda liderlər regiondakı vətəndaşlarına, xüsusilə də Qəzzanı tərk etmək istəyənlərə dəstək olmağı öhdələrinə götürüblər.

Ağ Evin məlumatında bildirilir ki, dövlət başçıları Qəzzada fələstinlilərə humanitar karvanlar göndərdiklərini açıqlayıblar. Ehtiyacların ödənilməsi üçün tələb olunan bütün yardımların təhlükəsiz şəkildə ünvana çatdırılmasına nəzarəti də öhdələrinə götürüblər.

Həmçinin liderlər münaqişənin daha da böyüməsinin qarşısını almaq, Yaxın Şərqdə sabitliyi qorumaq, münaqişənin siyasi həlli və davamlı sülhün əldə edilməsi üçün diplomatik əlaqələr aparmağa davam edəcəklərini bildiriblər.

İsrael Katzdan sərt xəbərdarlıq | "Vurmadığımız hədəflər daha sərt vurulacaq" - Baku TV

İsrael Katzdan sərt xəbərdarlıq | "Vurmadığımız hədəflər daha sərt vurulacaq" - Baku TV

Dünya
17 aprel 2026 434 baxış
Yaxın Şərqdəki hərbi gərginlik fonunda Ərdoğandan açıq mesaj - Baku TV

Yaxın Şərqdəki hərbi gərginlik fonunda Ərdoğandan açıq mesaj - Baku TV

Dünya
17 aprel 2026 434 baxış
Amerikalı nazir Tehrana hansı mesajı verdi? - 24 SAAT

Amerikalı nazir Tehrana hansı mesajı verdi? - 24 SAAT

Dünya
17 aprel 2026 434 baxış
ABŞ İranı bu yolla sıxışdırır, Tehran isə “Geriyə yol yoxdur!” deyir - Baku TV

ABŞ İranı bu yolla sıxışdırır, Tehran isə “Geriyə yol yoxdur!” deyir - Baku TV

Dünya
17 aprel 2026 434 baxış
Vaşinqton Pekinə güzəştə gedir? | Siyasi baxışlarda uyğunluq və ya ziddiyyət - Baku TV

Vaşinqton Pekinə güzəştə gedir? | Siyasi baxışlarda uyğunluq və ya ziddiyyət - Baku TV

Dünya
16 aprel 2026 434 baxış
“Partlayış oldu, bəzilərinin başı, ayağı...” - Paytaxta dəhşətli zərbə | Ukrayna - Baku TV

“Partlayış oldu, bəzilərinin başı, ayağı...” - Paytaxta dəhşətli zərbə | Ukrayna - Baku TV

Dünya
16 aprel 2026 434 baxış
ABŞ-nin müharibə nazirindən İrana sərt sözlər | "Onlar bunu etməlidirlər!" - ANA XƏBƏR

ABŞ-nin müharibə nazirindən İrana sərt sözlər | "Onlar bunu etməlidirlər!" - ANA XƏBƏR

Dünya
16 aprel 2026 434 baxış
Kreml iqtisadiyyatı canlandırmaq üçün hansı addımları atacaq?

Kreml iqtisadiyyatı canlandırmaq üçün hansı addımları atacaq?

Dünya
16 aprel 2026 434 baxış
"Xalq ölkənin düşmənlərinin kim olduğunu bilir" | Kaxa Kaladze

"Xalq ölkənin düşmənlərinin kim olduğunu bilir" | Kaxa Kaladze

Dünya
16 aprel 2026 434 baxış
İran-Pakistan təmasları davam edir: görüşdə nələr müzakirə edilib? - AKTUAL GÜNDƏM

İran-Pakistan təmasları davam edir: görüşdə nələr müzakirə edilib? - AKTUAL GÜNDƏM

Dünya
16 aprel 2026 434 baxış
Seçilmişlər
icon