Pleyeri seçin:

Dünya ölkələri təzə ili necə qarşılayırlar? - Baku TV

01 yanvar 2026 542 baxış

Yeni il bütün dünyada qeyd olunan beynəlxalq bayramdır. Bu dövr həmişə sevinclə müşayiət olunsa da, hər ölkənin özünəməxsus xüsusiyyətləri və fərqli adət-ənənələri var.

Çexiyada Yeni il gecəsi şampan içmək və "xlebiçki" adlanan çörək növü ilə qəlyanaltı etmək adətdir.

Slovakiyada Yeni il üçün yeni bir ənənə yaranıb: sakinlər 10 kmlik Bratislava körpülərindən qaçırlar. Bu yarış mini-marafon hesab olunur. İştirakçılar paytaxtın şimal və cənub hissələrində Dunay üzərindəki körpülərdən keçirlər.

Avstriyada Yeni il gecəsi qalay əritmək və adətən şokolad və ya marsipandan hazırlanmış kiçik donuzlar və ya digər heykəlciklər şəklində şans tilsimləri vermək adətdir.

Yunanıstanda Yeni ildə fişəng və ya atəşfəşanlıq adət deyil. Yunanlar evdə qalıb kart və ya digər oyunlar oynayırlar. Onlar qalibin bütün ili xoşbəxt olacağına inanırlar. Uduzanlar sevgidə şanslı olacaqları düşüncəsi ilə təsəlli tapırlar.

Almaniyada Yeni ilə keçidi bildirən saat çalanda bütün almanlar son zərbədə sevinclə qışqırıqlar və təbriklərlə Yeni ilə "atlanmaq" üçün stullarına qalxırlar. Yeni ilin gəlişi yalnız təqvimin dəyişməsi deyil, həm də xalqların əsrlərlə qoruyub saxladığı zəngin mədəniyyətlərin və bəzən təəccüblü adət-ənənələrin nümayişidir.

Ekvadorda Yeni il həm rəngarəng, həm də simvolik adətlərlə qeyd olunur. Yerli sakinlər bir neçə metr hündürlüyündə “Año Viejo” yəni “Köhnə il” müqəvvası hazırlayır və onu yandırırlar. Bu ritualın Yeni ilin təmiz və uğurlu başlamasına kömək etdiyinə inanılır.

Kubada bayram günü hər kəs evdəki qab-qacağı su ilə doldurur. Saat əqrəbləri 12-ni göstərdikdə isə bütün su pəncərədən çölə axıdılır. Hesab olunur ki, bununla Yeni il su kimi axar və yolumuz açıq olar.

İspaniyada insanlar Yeni il gecəsi meydanlara toplaşaraq saatın hər zəngində bir gilə olmaqla, cəmi 12 üzüm yeyirlər. Hər bir üzüm ilin 12 ayını simvollaşdırır və hər gilə ilə bir arzu tutulur. Bunun xoşbəxtlik və sevgi gətirəcəyinə inanırlar.

Yaponiyada məbədlərdə zənglər 108 dəfə çalınır. Bu mərasim insanın mənfi hisslərdən təmizlənməsini simvolizə edir. Evlərin girişinə şam və bambukdan hazırlanan “kadomatsu” qoyulur, süfrədə isə “moçi” adlı düyü keksləri mütləq olmalıdır.

Braziliyalılar ağ paltar geyinib dəniz kənarına gedirlər. Onlar suyun içində 7 dalğanın üzərindən tullanır və hər dalğa üçün bir arzu tuturlar. Sahildə şamlar yandıraraq enerjinin təmizlənməsi ritualını icra edirlər.

Filippində süfrəyə 12 növ dairəvi meyvə qoyulur. Dairəvi forma pulu və bərəkəti simvolizə edir. Bu, gələn ilin bolluq içində keçməsi üçün edilən əsas rituallardan biridir. İtaliyanın bəzi bölgələrində insanlar keçmiş illə vidalaşmaq üçün köhnə əşyaları, hətta mebelləri pəncərədən atırlar. Qara paxlalı yeməklər isə rifah rəmzi kimi süfrəyə verilir.

Vyetnamda Yeni il axşamı canlı balığı çaya buraxmaq adətdir. İnanca görə, balıqların belində Allah üzür və o, səmaya çəkilərək insanların Yer üzündəki həyatı barədə məlumat verir. Həmin gecə bütün küslülər barışır.

Kopyalandı
Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 542 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 542 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 542 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 542 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 542 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 542 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 542 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 542 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 542 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 542 baxış
Seçilmişlər
icon