Pleyeri seçin:

Ekstremal istilər Avropanın bir sıra ölkələrində yeni rekordlar yaradıb - Baku TV

29 iyun 2026 405 baxış

Polşada anomal istilər səbəbindən yeni temperatur rekordu baş verib.

Hadisə ölkənin şimalında yerləşən Torun şəhərində qeydə alınıb.

Torun şəhərində havanın temperaturu 40,3 dərəcəyə yüksələrək ölkə tarixində yeni rekord həddə çatıb. Məlumata görə, Polşada bundan əvvəlki rekord temperatur 105 il əvvəl – 29 iyun 1921-ci ildə qeydə alınıb. Həmin vaxt ölkənin qərbindəki Proşkov şəhərində termometrlər 40,2 dərəcəni göstərib. Torundakı son göstərici ilə bir əsrlik rekord yenilənmiş olub.

Müşahidə olunan həddindən artıq bürkü və yüksək temperatur səbəbindən Polşada meteoroloji təhlükə səviyyəsi artırılıb. Belə ki, ölkə ərazisində rəsmi olaraq ikinci və üçüncü ən yüksək səviyyəli xəbərdarlıq elan edilib.

Litvada da davam edən anomal istilər səbəbindən əhali ziyan çəkməyə başlayıb. 35 dərəcəyə çatan isti havada qorunmağa çalışanlardan altısı üz tutduqları göllərdə boğulublar. Belə havaya alışmayan insanlar arasında ciddi ürək-damar problemləri yaşanmaqdadır. Yüzlərlə insan tibb məntəqələrinə müraciət edir.

Sinoptiklərin verdiyi məlumata görə, anomal isti hava şəraiti davam edəcək. Quraqlıq səbəbindən isə çaylarda suyun səviyyəsi aşağı düşüb və bu da suvarmada çətinliklər yaradıb. Yüksək istilərin davam etməsindən bəzi şəhərlərdə orta məktəblər artıq tətilə bağlanıb.

Banner
İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

Dünya
07 noyabr 2026 405 baxış
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 405 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 405 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 405 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 405 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 405 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 405 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 405 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 405 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 405 baxış
Seçilmişlər
icon