Pleyeri seçin:

Epşteyn milyarder oğluna ədalətdən yayınmağa necə kömək edib?

17 iyun 2026 438 baxış

Pedofil maliyyəçi Ceffri Epşteyn yəmənli milyarderin oğluna norveçli tələbə qızı zorlayıb qətlə yetirməkdə ədalətdən yayınmağa kömək edib.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Məlumata görə, 2008-ci ilin mart ayında Londonun bahalı malikanələrindən birinin zirzəmisində 23 yaşlı Martine Vik Maqnussenin cəsədi tapılmışdı. Meyitin üzərində boğulma və zorakılıq əlamətləri aşkar edilmişdi. Gənc qızı sağ görən sonuncu adam onunla eyni biznes məktəbində təhsil alan, yəmənli milyarder Şaher Abdulhakın 20 yaşlı oğlu Faruk Abdulhak olmuşdu. Maqnussenin cəsədi tapılmazdan əvvəl şübhəli şəxs cəzadan yayınmaq üçün Böyük Britaniyadan Yəmənə özəl təyyarə ilə qaçmışdı.

Ceffri Epşteynin ictimaiyyətə açıqlanan yeni məktubları göstərir ki, Şaher Abdulhak ondan bu işdə yardım istəyib. Bunun ardınca Epşteyn piar üzrə mütəxəssis İen Osbornla əlaqə yaradaraq onun köməyi ilə 2003-2008-ci illərdə Böyük Britaniyanın baş ittihamçısı olmuş (Kral Prokurorluq Xidmətinin direktoru) lord Ken Makdonalda müraciət edib. Makdonald vəzifəsindən getdikdən cəmi iki ay sonra Paris şəhərində Şaherlə bir araya gəlib, ardınca isə Yəmənə səfər edərək onun oğlu ilə şəxsən danışıqlar aparıb.

Milyarder atanın Epşteynə göndərdiyi məktublardan aydın olur ki, o, oğlunun, sadəcə, ev dustaqlığı və ya ictimai işlərlə cəzalandırılacağına ümid edirmiş. Eyni zamanda o, zərərçəkənin ailəsinə şikayətçi olmamaları üçün 50 milyon dollar təzminat təklif edib. Lakin öldürülən qızın atası Petter Maqnussen bu təklifi qətiyyətlə rədd edib.

Bundan əlavə, Epşteynin norveçli diplomat Terye Röd-Larsen və onun həyat yoldaşı, həmin hadisənin araşdırılması zamanı müşahidə olunan “anlaşılmaz sükut” dövründə Norveçin Londondakı səfiri işləmiş Mona Yuulla sıx əlaqələri üzə çıxıb. Məlum olub ki, Epşteyn bu cütlüyün uşaqlarının hər birinə miras olaraq 5 milyon dollar məbləğində vəsait qoyub.

Hazırda 39 yaşı olan Faruk Abdulhak heç vaxt ədalət mühakiməsinə cəlb edilməyib. O, yalnız 2023-cü ildə verdiyi bir müsahibəsində cinayətdə əli olduğunu etiraf edib və baş verən hadisəni bədbəxt təsadüf kimi qələmə verib. Lord Makdonald Yəmənə etdiyi səfəri şübhəli şəxsi könüllü şəkildə təslim olmağa inandırmaq cəhdi ilə izah etsə də, zərərçəkmişin ailəsi və Britaniya mətbuatı onun bu addımını mənəvi baxımdan “qəbuledilməz” adlandırır.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 438 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 438 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 438 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 438 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 438 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 438 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 438 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 438 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 438 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 438 baxış
Seçilmişlər
icon