Əraqçi Sibiqa ilə telefon danışığının təfərrüatlarını açıqlayıb - Baku TV
İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andrey Sibiqa ilə telefon danışığının təfərrüatlarını açıqlayıb.
Məlumata görə, Abbas Əraqçi sosial şəbəkə hesabında yazıb ki, Andrey Sibiqa telefon danışığı zamanı İran gəmisinə hücumun qəsdən törədilmədiyini bildirib və Kiyevin regionda gərginliyin artmasında maraqlı olmadığını vurğulayıb.
İranın xarici işlər naziri qeyd edib ki, Tehran da gərginliyin daha da artmasını istəmir. Onun sözlərinə görə, söhbət zamanı İran vətəndaşlarına və ölkənin maraqlarına qarşı hər hansı hücumun qəbuledilməz olduğu Ukrayna tərəfinin diqqətinə çatdırılıb.
Abbas Əraqçi əlavə edib ki, insident səbəbindən dəyən bütün zərər və itkilər tam şəkildə kompensasiya edilməlidir.
Qeyd edək ki, iyulun 25-də İranın ticarət gəmisi Xəzər dənizində hücuma məruz qalıb. İranın Xarici İşlər Nazirliyi gəminin Ukrayna tərəfindən vurulduğunu və bir dənizçinin həlak olduğunu bəyan edib.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- İran ABŞ-nin kimyəvi silahdan istifadə etdiyini iddia edir
- Regional gərginlik azalacaq? | Türkiyə və İran nələri müzakirə etdi? - Baku TV
- Tehran boğazdakı gərginliyə görə Vaşinqtonu günahlandırır
- Tehran pilotlarla bağlı Qətərlə təmaslara başlayıb
- Tehran Vaşinqtonu nə ilə hədələdi? | ”Cavabsız qalmayacaq…” - Baku TV
