Pleyeri seçin:

Ərdoğan və Qətər Əmiri hansı mühüm sazişlərə imza atdılar? - Baku TV

14 noyabr 2026 148 baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb.

Türkiyə mətbuatı xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.

Görüşdə Türkiyə-Qətər ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan iki ölkə arasında imzalanmış “Qarşılıqlı Müdafiə Sazişi”nin münasibətlərə yeni ölçü qazandıracağını, “Ticarət və İqtisadi Tərəfdaşlıq Sazişi”nin isə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına töhfə verəcəyini bildirib. O, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi, müdafiə sənayesi sahəsində tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdirildiyini vurğulayıb.

Tərəflər Körfəz regionunda müharibənin yenidən alovlanmasının qarşısının alınması, problemlərin diplomatik yollarla həlli, Qəzzada vəziyyət, Suriyanın normallaşma prosesi və Liviyadakı son hadisələri də müzakirə ediblər.

Görüşdən sonra Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 12-ci iclası çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən beş saziş imzalanıb. Sənədlər istehlakçıların hüquqlarının müdafiəsi, bazara nəzarət, təhsil, sülh və münaqişələrin həlli, eləcə də qarşılıqlı müdafiə sahələrini əhatə edir.

Qeyd edək ki, “Qarşılıqlı Müdafiə Sazişi”ni Ərdoğan və Al Sani imzalayıblar.

Banner
Lavrovdan danışıqlarla bağlı açıqlama

Lavrovdan danışıqlarla bağlı açıqlama

Dünya
16 noyabr 2026 148 baxış
Beyin qanaması və infarkt riski | İmran Xanın həyatı ciddi təhlükə altındadır - Baku TV CANLI

Beyin qanaması və infarkt riski | İmran Xanın həyatı ciddi təhlükə altındadır - Baku TV CANLI

Dünya
16 noyabr 2026 148 baxış
Ukraynada nüvə təhlükəsi

Ukraynada nüvə təhlükəsi

Dünya
16 noyabr 2026 148 baxış
Aİ yalnız öz istehsalını maliyyələşdirir | Ukrayna üçün yeni silah şərtləri - Baku TV CANLI

Aİ yalnız öz istehsalını maliyyələşdirir | Ukrayna üçün yeni silah şərtləri - Baku TV CANLI

Dünya
16 noyabr 2026 148 baxış
Şençjendə dünya siyasətinin gələcəyi müzakirə olunacaq

Şençjendə dünya siyasətinin gələcəyi müzakirə olunacaq

Dünya
16 noyabr 2026 148 baxış
ABŞ, Rusiya və Çin arasında razılaşma: Təsir dairələri yenidən bölünəcək? - AKTUAL GÜNDƏM

ABŞ, Rusiya və Çin arasında razılaşma: Təsir dairələri yenidən bölünəcək? - AKTUAL GÜNDƏM

Dünya
16 noyabr 2026 148 baxış
Tehran danışıqların bitdiyini bildirsə də, diplomatiya imkanını istisna etmir

Tehran danışıqların bitdiyini bildirsə də, diplomatiya imkanını istisna etmir

Dünya
16 noyabr 2026 148 baxış
Pekin və Moskva hansı məsələlərdə Trampa qarşı çıxa bilər? - Baku TV

Pekin və Moskva hansı məsələlərdə Trampa qarşı çıxa bilər? - Baku TV

Dünya
16 noyabr 2026 148 baxış
Süni intellektə yatırımlar səhm bazarında suallar doğurur

Süni intellektə yatırımlar səhm bazarında suallar doğurur

Dünya
16 noyabr 2026 148 baxış
150 min çadırın Qəzzaya çatdırılması tələb olunur

150 min çadırın Qəzzaya çatdırılması tələb olunur

Dünya
16 noyabr 2026 148 baxış
Seçilmişlər
icon