Pleyeri seçin:

Erməni cinayətkar şəbəkəsinin üzvləri həbs edildi

29 iyun 2023 328 baxış

Avropa Polis Təşkilatı Ermənistan və Gürcüstandan olan cinayətkar qruplaşmanın 28 üzvünün həbs edildiyini açıqlayıb.

Əmlak cinayətləri, reketçilik, hədə-qorxu ilə pul tələb etmək və çirkli pulların yuyulmasında iştirak edən “qanuni oğru” adlanan böyük cinayət şəbəkəsinin sıradan çıxarılmasında Fransa və İspaniya Milli Polisinə Europol dəstək verib.

Araşdırma zamanı müəyyənləşib ki, cinayətkar şəbəkə oğurlanmış malların satışı, tütün qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə məşğul olub. 2020-ci ilin noyabr ayından Fransa polisi qanuni oğrular şəbəkəsinə aid olmaqda şübhəli bilinən şəxsləri araşdırır. İstintaq Fransa və İspaniyada fəaliyyət göstərən qanuni oğrunun rəhbərlik etdiyi erməni cinayət təşkilatını ifşa edib.

Çirkli pulların yuyulması əsasən İspaniyada avtomobil mexanikləri və Barselonada idxal edilən kürü mağazası vasitəsilə həyata keçirilib. Əməliyyat tədbirləri çərçivəsində Fransa və İspaniyada 38 evdə axtarış aparılıb, 28 nəfər, o cümlədən adı qeyd olunmayan oğruların başçısı həbs edilib. Əməliyyatlar zamanı 16 bahalı saat, 8 avtomobil, 6 döyüş sursatı, 1 zirehli jilet, 60 min avrodan çox pul, habelə qanuni oğruların müxtəlif əşyaları ələ keçirilib.

Fransa və İspaniya hakimiyyəti 2020-ci ilin noyabrından bu cinayət şəbəkəsi ilə bağlı birgə araşdırmaya başlayıb. Məlum olub ki, qruplaşmanın əksər üzvləri eməni və gürcülərdən ibarətdir.

Banner
Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?

Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?

Dünya
01 noyabr 2026 328 baxış
Trampdan İrana yeni zərbə mesajı

Trampdan İrana yeni zərbə mesajı

Dünya
01 noyabr 2026 328 baxış
Polşada daxili gərginlik

Polşada daxili gərginlik

Dünya
01 noyabr 2026 328 baxış
Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib

Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib

Dünya
01 noyabr 2026 328 baxış
Nümayişçilər Almaniya Kanslerinin istefasını tələb edirlər

Nümayişçilər Almaniya Kanslerinin istefasını tələb edirlər

Dünya
01 noyabr 2026 328 baxış
Neft tankeri minaya düşüb, yoxsa vurulub?

Neft tankeri minaya düşüb, yoxsa vurulub?

Dünya
01 noyabr 2026 328 baxış
2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir

2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir

Dünya
01 noyabr 2026 328 baxış
Ukrayna müharibəsinin taleyi  yenidən diqqət mərkəzindədir - Baku TV CANLI

Ukrayna müharibəsinin taleyi yenidən diqqət mərkəzindədir - Baku TV CANLI

Dünya
01 noyabr 2026 328 baxış
Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI

Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 328 baxış
Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV

Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV

Dünya
01 noyabr 2026 328 baxış
Seçilmişlər
icon