Erməni yumorist Rusiyada qətlə yetirildi | Bardakı davanın təfərrüatları
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni yumor ustası Amiran Gevorqyan Rusiyanın Soçi şəhərində dava zamanı öldürülüb.
Bu barədə “Shot” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, Soçidəki “Jemçujina” mehmanxanasının yanında Dağıstandan olan 32 yaşlı Artur Rəsulovla baş verən dava zamanı Gevorqyan huşunu itirib.
Rusiya mətbuatının verdiyi məlumata görə, tərəflər arasında dava söyüş üstündə olub. Rəsulovun dostları verdikləri ifadədə bildiriblər ki, Gevorqyan Rəsulovun anasını söyüb. Dava əvvəlcə barda başlayıb.
Barın mühafizəçiləri onları bayıra çıxardıqdan sonra dava küçədə davam edib. Rəsulov Gevorqyana bir neçə yumruq zərbəsi endirib.
Xəstəxanada ona kəllə sümüyünün sınığı, açıq kəllə-beyin travması, sağ və sol tərəfli hematoma diaqnozu qoyulub. İki gün koma vəziyyətində qaldıqdan sonra ölüb.
Hazırda Artur Rəsulovun axtarışları davam etdirilir.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?
- Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI
- Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI
- "O da sakit oğlan idi, bu da" | Çayxana qarşısındakı mübahisə qanla bitdi - Baku TV
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
