Ermənilər ayağa qalxdı | İrəvanda aləm bir-birinə dəydi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın “Vətən uğrunda Tavuş” hərəkatının minlərlə tərəfdarı hökumətə etiraz etmək üçün mitinqə başlayıb.
Onlar İrəvanın mərkəzindəki meydana toplaşıblar.
Aksiyaçılara qoşulan Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası üçün 1 saat vaxt verdiyini bildirib.
“Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram”, – deyə keşiş bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə istefa verməyib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, arxiyepiskop Baqrat Qalstanyanın istefa üçün N.Paşinyana verdiyi 1 saat başa çatsa da, o, vaxtı uzatmayıb. O, parlament vasitəsilə impiçmentə hazır olduqlarını açıqlayıb.
“Biz parlamentdə impiçment proseduruna başlayırıq, bu barədə hər 3 parlament fraksiyası ilə məsləhətləşmələr aparılacaq”, – deyə o qeyd edib. Baqrat Qalstanyan mübarizənin davam edəcəyini bildirib.
#Ermənistan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI
- Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV
- Tarixi sənədlərdə Xələc kəndi ilə bağlı hansı məlumatlar yer alır? - Baku TV
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
