Ermənilər sərhəddə saxlanıldı | Gürcüstan DTX-dən əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Odessa şəhərindən terror aktları törətmək məqsədilə Voronejə göndərilən partlayıcı maddələrlə dolu avtomobil Gürcüstanda saxlanılıb.
Partlayıcıların gətirilməsində Ermənistan vətəndaşlarının da iştirak etdiyi bildirilib.
Məlumatı Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti təsdiq edib. Bildirilib ki, Rusiyaya külli miqdarda partlayıcı maddənin keçirilməsinin qarşısı alınıb.
Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, Ukrayna vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilərkən ümumi çəkisi 14 kiloqram partlayıcı maddə aşkarlanıb.
İstintaq nəticəsində avtomobilin yanvarın 19-da Ukraynanın Odessa şəhərindən yola düşdüyü, Rumıniya, Bolqarıstan və Türkiyə ərazisindən keçərək “Sarp” gömrük-keçid məntəqəsindən Gürcüstana daxil olduğu məlum olub. Oradan isə “Dəryal” keçidi ilə Rusiyanın Voronej şəhərinə aparılmasının planlaşdırıldığı müəyyən edilib.
Əməliyyat-istintaq tədbirləri nəticəsində partlayıcı vasitələrin Gürcüstana aparılmasında iştirak edən 7 Gürcüstan, 3 Ukrayna və 2 Ermənistan vətəndaşı müəyyənləşdirilib. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti araşdırmaları davam etdirir.
#Rusiya teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI
- Sankt-Peterburqda kilsə fasadı nəhəng ekrana çevrilib
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
