Pleyeri seçin:
Ermənistan borc içində üzür | Rusiya XİN rəsmisi xəbərdarlıq etdi ki...
Ermənistan 2025-ci ilin sonuna kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının büdcəsinə ödəniş etməsə, o zaman təşkilatın üzvü olan dövlətlər müxtəlif “ssenari”ləri nəzərdən keçirə bilər.
Bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
Onun sözlərinə görə, heç bir ölkənin təşkilatdan qovulması gözlənilmir.
A.Pankin həmçinin əlavə edib ki, gələn ilin yanvarına kimi İrəvanın 2 illik borcu yığılacaq:
“Ermənistan təşkilata borcu olan ilk ölkə deyil. Anoloji durum KTMT-nin fəaliyyəti illərində digər dövlətlər tərəfindən də müşahidə olunub. Ölkənin maliyyə və ya digər səbəblərdən borclanması halları təəccübləndirici deyil”.
Qeyd edək ki, Ermənistan KTMT-də iştirakını 2024-cü ilin fevralından dondurub.
Kopyalandı
#Ermənistan teqi istifadə olunub
- Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV
- AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV
- "Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV
- Ermənistan və ABŞ TRIPP sazişinin ratifikasiyasını müzakirə edir - Baku TV CANLI
- "Ermənistan bu 2 məsələdə real addım atmır" | Bağdad Bəyannaməsi sülhü yaxınlaşdıracaqmı? - Baku TV
