Ermənistan müxalifətinin “Qarabağ iddiası” səsverməni uduzdu
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan müxalifətinin “milli böhran və idarəçilikdə uçurum” bəyanatı parlamentin gündəliyinə salınmayıb. Bəyanatın lehinə 24, əleyhinə isə 48 deputat səs verib.
“Vətəndaş müqaviləsi” partiyasının sıralarını tərk edən Ovik Ağazaryan və Akop Aslanyan bitərəf qalıb. “Şərəfim var” fraksiyasının layihəsinin lehinə digər müxalifətçi fraksiya olan “Ermənistan”ın da deputatları səs verib. Hakim “Vətəndaş müqaviləsi” partiyası isə layihəyə qarşı çıxıb.
Müxalifət bununla Paşinyanın impiçmentinə nail olmaq istəyir. Lakin deputatların əksəriyyəti bu təklifi rədd edir.
Ermənistan parlamentinin dövlət-hüquq məsələləri üzrə komissiyasının sədri Vladimir Vardanyan bildirib ki, impiçment prezident idarə üsulunda mümkündür. Parlementli respublikada isə etimadsızlıq səsvrməsi keçirilə bilər.
“Lakin “Şərəfim var” fraksiyasının bəyanatı da etimadsızlıq səsverməsinə uyğun deyil. Qanuna görə, bunun üçün deputatların üçdə birinin imzalarını toplamaq lazımdır. Bundan sonra etimadsızlıq təklifi səsverməyə çıxarılır”, ‒ deyə Vardanyan bildirib.
Qeyd edək ki, Ermənistan müxalifətinin parlamentin gündəliyinə salınmayan bəyanatında Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Onlar Qarabağın işğaldan azad olunmasına görə Paşinyanı günahkar sayırlar.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
