Ermənistan parlamentinin spikeri Alen Simonyan vəzifədən gedir?
Mülki Müqavilə Partiyasının üzvləri əmindirlər ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan növbəti parlamentə daxil edilməyəcək, çünki o, adi parlament üzvü statusunu qəbul etməyəcək.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Bir müddət əvvəl Vaaqn Xaçatryanın səlahiyyət müddəti bitdikdən sonra və ya vaxtından əvvəl istefa verəcəyi təqdirdə Simonyanın Ermənistan prezidenti vəzifəsinə namizədliyinin nəzərdən keçirildiyi barədə şayiələr yayılmışdı. Lakin görünür ki, bu məsələ artıq müzakirə olunmur: Ermənistanın Baş naziri Nikol Paşinyan Simonyandan məyus olub və bunun səbəbi qismən onun şəxsi həyatı ilə bağlıdır. Bundan əlavə, Baş nazir yeni favoritlər tapıb.
Hakim partiya üzvlərinin fikrincə, Simonyan daha on il imtiyazlı statusdan yararlana bilər. Növbədənkənar seçki keçirilməsə və o, iyun ayında səlahiyyət müddətini başa vursa, qanuna görə, Simonyan dövlətin himayəsində olacaq, on il ərzində parlament sədrinin bütün imtiyazlarından istifadə edəcək. Simonyan bu imtiyazları məsuliyyət daşıyan istənilən vəzifədən üstün tutardı. Yeri gəlmişkən, Simonyan parlamentdə səlahiyyət müddətini başa vuran ilk spiker olacaq. Əvvəlki bütün spikerlərin səlahiyyət müddəti yarımçıq qalıb”, – məlumatda deyilib.
#Ermənistan teqi istifadə olunub
- Paşinyan indi də bu videosu ilə gündəm oldu - Baku TV
- Prezidentin köməkçisi XIII Qlobal Bakı Forumunda çıxış edib
- “Bu siyasi razılaşma düzgün istiqamətdə atılmış addımdır” | Şarl Mişel
- Azərbaycanın müharibə aparanlarla paylaşa biləcəyi daha bir təcrübə - Baku TV
- İlham Əliyev hazırda dünyada baş verənlərə münasibət bildirdi - Baku TV
