Ermənistana ixraca sanksiyalar qoyula bilər | Detallar açıqlandı
Böyük Britaniya hökuməti Rusiya Federasiyası ilə sıx ticari-iqtisadi əlaqələri olan ölkələrlə ixrac əməliyyatları aparan Britaniya sahibkarlarını və şirkətlərini diqqətli olmağa çağırır.
Bu barədə hökumətin rəsmi saytında tövsiyə məlumatı paylaşılıb.
Tövsiyə 14 ölkəyə, o cümlədən Ermənistan, Çin, Hindistan, Tailand, Monqolustana aid edilir.
Qeyd olunur ki, Rusiya Qərb istehsalı olan xüsusi təyinatlı mallar və məhsulları üçüncü tərəflərdən almağa davam edir. Müəssisələr iş apardıqları ölkələrdə ixraca nəzarət mühitini davamlı olaraq qiymətləndirməlidirlər. Rusiya iqtisadiyyatına dəstək verə bilən tərəfdaşlarla əməkdaşlıq məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi ilə nəticələ bilər.
“Böyük Britaniya son təyinat yeri Rusiya olmayan və ya sanksiyalara məruz qalmayan digər ölkələrlə ticarəti tam dəstəkləyir”, – deyə məlumatda vurğulanır.
#Ermənistan teqi istifadə olunub
- Paşinyana qarşı yeni cəbhə açılır | Ermənistanla bağlı kritik toplantı - Baku TV CANLI
- Keçmiş deputat sifarişli qətl ittihamı ilə saxlanıldı - Baku TV CANLI
- ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV
- Fransa və Böyük Britaniya Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini təsdiqlədi - Baku TV CANLI
- Ermənistanın ixrac coğrafiyası dəyişir | Bəs alternativ bazarlar hazırdırmı? - Baku TV CANLI
